Polşada alınmadı, yenidən Azərbaycana qayıtmaq variantı gündəmdə
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Zirə" sabiq futbolçusu Salifu Suma karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 22 yaşlı hücumçu agentlər vasitəsilə Premyer Liqanın aparıcı klublarına təklif olunur.
Qvineyalı forvard son olaraq icarə əsasında Polşanın "Radomyak" klubunun formasını geyinib. Lakin Ekstraklasa təmsilçisi futbolçunun transfer hüquqlarını almaqda maraqlı olmadığını bildirib.
Belə olan halda Suma müqavilə ilə məxsus olduğu "Malmö" klubuna qayıtmalıdır. Ancaq isveçlilərin də hücumçunu gələcək planlarına daxil etmədiyi qeyd olunur.
Bu səbəbdən afrikalı futbolçunun yenidən icarəyə göndərilməsi variantı gündəmdədir və oyunçu Azərbaycan klublarına təklif edilir.
Qeyd edək ki, Salifu Suma 2023-2025-ci illərdə "Zirə"də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 29 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















