Polşada çeviriliş? Prezident təyyarəni geri döndərdi
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranan gərginlik siyasi böhrana çevrilib. Ölkə prezidenti Karol Navrotski Seneqala rəsmi səfərini yarımçıq dayandıraraq geri qayıdıb, Varşavada isə məhkəmə binasının qarşısında etiraz aksiyaları və polislə nümayişçilər arasında qarşıdurma baş verib.
"Yeni Sabah" xarici KİV-lərə istinadən xəbər verir ki, hadisələr oktyabrın 30-da Varşavada baş verib. Konstitusiya Tribunalının rəhbəri Boqdan Şventsovskinin vəzifəsindən kənarlaşdırılması barədə məlumat yayıldıqdan sonra məhkəmə binasının qarşısına polis qüvvələri cəlb olunub.
Məlumata görə, etirazçılardan bəziləri məhkəmənin hasarını aşaraq əraziyə daxil olmağa çalışıb, digərləri isə polis əməkdaşlarına müxtəlif əşyalar atıblar. Nəticədə üç nəfər saxlanılıb. pizza
Gərginliyin əsas səbəbi ölkədə məhkəmə sisteminə nəzarət uğrunda siyasi mübarizədir. Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumət məhkəmə hakimiyyətinin müstəqilliyini bərpa etməyə çalışdığını bildirir. Müxalifətdəki Hüquq və Ədalət Partiyası (PiS) isə hökumətin addımlarını Konstitusiya quruluşuna müdaxilə kimi qiymətləndirir.
Qeyd edək ki, PiS 2015–2023-cü illərdə Polşada hakimiyyətdə olub. Həmin dövrdə məhkəmə sistemində aparılan islahatlar Avropa İttifaqının da tənqidinə səbəb olmuşdu.
Prezident Karol Navrotski isə baş verənlərə münasibət bildirərək Seneqala uçuşunu yarımçıq dayandırıb. O, sosial şəbəkədə ölkədə belə bir vəziyyət yaranarkən prezidentin Polşada olmalı olduğunu yazıb.
Baş nazir Donald Tusk isə məhkəmə sistemində qanunun aliliyinin bərpasının hökumətin öhdəliyi olduğunu bəyan edib. Müxalifət nümayəndələri isə məhkəmə rəhbərinin vəzifədən kənarlaşdırılmasını kəskin tənqid ediblər.
Beləliklə, Polşada hökumətlə prezident və müxalifət arasında məhkəmə sisteminin gələcəyi ilə bağlı qarşıdurma daha da dərinləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 Oktyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















