Polşada polis əməkdaşlarına silahlı hücum olub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşanın paytaxtı Varşavada Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin (CBZC) əməkdaşlarına silahlı hücum zamanı 3 polis yaralanıb, birini yarası ağırdır.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Məlumata görə, 29 yaşlı şəxs Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin Varşavadakı binası yaxınlığında işə gedən polis əməkdaşına kastet və maçete ilə hücum edib. Hücum zamanı polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb, hücum edən şəxs isə hadisə yerindən qaçıb.
Daha sonra polis şübhəlini Kabatı metro stansiyası yaxınlığında aşkar edib. Onun saxlanılması zamanı 29 yaşlı şəxs müqavimət göstərərək daha iki polis əməkdaşına xəsarət yetirib.
Hücum edən şəxs saxlanılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 İyul 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















