Icma.az
close
up
RU
Polşanın yeni dövlət başçısı kimdir?

Polşanın yeni dövlət başçısı kimdir?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Karol Navrotski Tramp administrasiyası ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır

Polşada iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən müxalif Hüquq və Ədalət Partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotski qalib gəlib.  Polşa Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 faizinin hesablanmasından sonra Karol Navrotski 50,89 faiz səslə dövlət başçısı seçilib. Onun rəqibi, hakim koalisiyanın dəstəklədiyi Varşava meri  Rafal Tşaskovski isə 49,11 faiz səs toplayıb.

Xatırladaq ki, seçkilərin birinci turu mayın 18-də keçirilmişdi.  Prezidentlik uğrunda 13 namizəd mübarizə aparsa da, ikinci tura ən güclü namizədlər olan Navrotski və  Trzaskovski qalmışdı. Birinci turda Varşava meri Rafal Trzaskovski kiçik fərqlə müxalifət olan rəqibi Navrotskidən öndə idi. Lakin ikinci tur müxalif “Hüquq və Ədalət” partiyasının namizədinin qələbəsi ilə yekunlaşdı.

Rusiya yeni prezidenti axtarışa verib?

Bəs Polşanın yeni dövlət başçısı kimdir? Qeyd edək ki, Karol Navrotski 3 mart 1983-cü ildə Qdansk şəhərində anadan olub. Gəncliyində futbol və boksla məşğul olub. O, “Ex Siedlce” və “KKS Gedania” futbol komandalarında oynayıb. 2004-cü ildə Polşa Kuboku uğrunda Zonal Boks Turnirində birinci yeri qazanıb. 2003-cü ildə doğma şəhərində Ali Biznes və İdarəetmə Məktəbini, 2008-ci ildə isə Qdansk Universitetinin Tarix İnstitutunu bitirib. Karol Navrotski tarixçi kimi Polşada anti-kommunist müqaviməti mövzusunu araşdırıb. 2013-cü ildə tarix üzrə humanitar elmlər doktoru elmi dərəcəsi alıb, dissertasiyasının mövzusu “1976 - 1989-cu illərdə Elblag Voyevodalığında kommunist hökumətinə qarşı sosial müqavimət” olub.

K.Navrotski  2021-ci ildə Milli Yaddaş İnstitutunun rəhbəri seçilib. Həmin il o, Polşanın tarixi və tarixi haqqında həqiqətlərin sənədləşdirilməsindəki xidmətlərinə görə gümüş “Xidmət Xaçı” ordeni ilə təltif edilib. 2024-cü ildə isə Polşada “Qırmızı Ordu”nun abidələrinin sökülməsində iştirak etdiyinə görə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.

Navrotski katolik dəyərləri və milli kimliyi müdafiə edən bir siyasətçidir. Onun siyasi xətti daha çox dövlət suverenliyinə, ənənəvi ailə modelinə və Avropa İttifaqının  daxili siyasətinə qarşı ehtiyatlı münasibətə əsaslanır. Navrotski Brüsselin Polşaya hüquqi və ideoloji diktə etməsinə qarşı çıxır və milli qanunların Avropa hüququndan üstün olduğunu bildirir. Eyni zamanda, K.Navrotski ABŞ Prezidenti Donald Trampa və onun siyasi fəlsəfəsinə müsbət yanaşır. O, hələ Trampın birinci hakimiyyəti  dövründə ABŞ-Polşa münasibətlərinin zirvə yaşadığını qeyd edir və bu xəttin davam etdirilməsinin tərəfdarıdır. Hərbi sahədə ABŞ-la əməkdaşlığı gücləndirməyi və NATO çərçivəsində birbaşa Amerikanın dəstəyinə söykənməyi prioritet hesab edir.

Navrotskinin Ukrayna ilə bağlı mövqeyi...

Ukrayna məsələsinə gəlincə, K.Navrotski daha çox milli təhlükəsizlik və sərhəd müdafiəsi prizmasından yanaşır. Onun fikrincə, Polşanın şərq sərhədləri Rusiyanın işğal siyasəti fonunda təhlükə altındadır və bu səbəbdən Ukraynaya hərbi və texniki dəstək artırılmalıdır. Bununla yanaşı, Navrotski Ukraynadan gələn qaçqınlarla bağlı siyasətin sərtləşdirilməsini, onlara yalnız müvəqqəti qoruma rejimi çərçivəsində yardım göstərilməsini zəruri hesab edir. Yeni dövlət başçısı Ukraynaya edilən yardımın Polşanın strateji maraqları ilə şərtləndirilməsinin tərəfdarıdır. Navrotski hesab edir ki, Polşanın ABŞ-la müdafiə sahəsində əməkdaşlığı Ukraynaya yardımla paralel aparılmalı və Polşanın öz təhlükəsizlik maraqları ön planda saxlanmalıdır.

Sağçılar Baş nazir Donald Tuskun istefasını tələb edir

Yeri gəlmişkən, Polşada prezident seçkilərinin ikinci turunda müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotskinin qələbəsindən sonra sağçılar Baş nazir Donald Tuskun istefasını tələb edirlər. Bu tələbi ilk səsləndirənlərdən biri Hüquq və Ədalət Partiyasının Seymdəki (parlamentin aşağı palatası) nümayəndəsi Anjey Slivka olub. Deputatın sözlərinə görə, seçkilərdə Karol Navrotskinin əsas rəqibi Varşavanın meri Rafal Tşaskovski deyil, Donald Tusk olub. “Rafal Tşaskovski Donald Tuskun göstərişlərinin icraçısıdır və Tusk uduzub”, - deyə Anjey Slivka bildirib. Onun fikrincə, Karol Navrotskinin qələbəsi “hökumət üçün qırmızı vərəqə”dir.

Polşanın Baş naziri Donald Tusk isə bu həftə öz kabinetinə etimadsızlıq votumunu Seymə  təqdim edəcək. Bildirilir ki, Tuskun təşəbbüsünün əsas məqsədi növbədənkənar parlament seçkilərinin elanı ilə bağlı bütün şayiələri dayandırmaqdır. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi hakim “Vətəndaş Koalisiyası” partiyasının  rəqibi olan Karol Navrotskinin prezident seçkilərində qalib gəlməsindən sonra aktuallaşıb. Hələ Navrotskinin qələbəsindən əvvəl Tusk prezident seçkilərindən sonra nazirliklərin sayını azaltmaqla hökuməti yenidən təşkil edəcəyini açıqlamışdı. Yeni prezidentin Tusk hökumətinə müxalif olması isə Nazirlər Kabinetində daha ciddi dəyişikliklərin baş verəcəyini istisna etmir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri