Icma.az
close
up
RU
Populyar içkilərdə gözlənilməz təhlükə aşkarlanıb

Populyar içkilərdə gözlənilməz təhlükə aşkarlanıb

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəkərli içkilərin müntəzəm istehlakı yeniyetmələrdə artmış narahatlıq simptomları ilə əlaqəli ola bilər. Bu nəticəyə Böurnmut Universitetinin tədqiqatçıları bir sıra əvvəlcədən dərc edilmiş işlərin məlumatlarını təhlil etdikdən sonra gəliblər.

Milli.Az xəbər verir ki, araşdırmanın nəticələri Journal of Human Nutrition and Dietetics (JHND) jurnalında yayımlanıb.

Müəlliflər gənclərin qida vərdişləri və psixi vəziyyətini qiymətləndirən tədqiqatları araşdırıblar. Burada qazlı içkilər, enerji içkiləri, şəkərli şirələr, şərbətlər, şəkər əlavə edilmiş çay və qəhvə, eləcə də ətirli süd kimi yüksək şəkər tərkibli və qidalandırıcı dəyəri aşağı olan içkilər nəzərə alınıb. Bütün işlərdə belə içkilərin çox istehlakının narahatlıq simptomlarının daha güclü olması ilə davamlı əlaqəsi müşahidə olunub.

Bununla belə, alimlər vurğulayırlar ki, aşkar edilmiş əlaqə şəkərin birbaşa narahatlıq pozuntularına səbəb olduğunu sübut etmir. Əks ssenari də mümkündür - narahatlığı olan yeniyetmələr daha çox şəkərli içkiləri seçə bilərlər. Həmçinin, hər iki göstəriciyə ailə mühiti və yuxu pozuntuları kimi ümumi amillər də təsir göstərə bilər.

Buna baxmayaraq, tədqiqatçılar əldə edilən məlumatların profilaktika baxımından əhəmiyyətli olduğunu hesab edirlər. Son illərdə yeniyetmələr arasında narahatlıq pozuntularının səviyyəsi əhəmiyyətli dərəcədə artıb və həyat tərzi ilə bağlı dəyişdirilə bilən faktorların müəyyənləşdirilməsi risklərin azaldılmasına kömək edə bilər.

Ayxan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri