Portuqaliyalı hücumçu DÇ 2026 dan diskvalifikasiya edilə bilər
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə Portuqaliya millisinin yarımmüdafiəçisi Rafael Leao diskvalifikasiya səbəbindən 2026-cı il dünya çempionatının bir neçə matçını buraxa bilər.
"Ölkə.az" xəbər verir ki, iyunun 7-nə keçən gecə Çili ilə yoldaşlıq oyununda (2:1) futbolçu birinci hissənin sonunda rəqib oyunçu İvan Romanla dava saldığı üçün meydandan qovulub.
Adətən qırmızı vərəqə yalnız növbəti yoldaşlıq oyunlarında diskvalifikasiyaya səbəb olur, lakin aqressiv davranışa görə alınan vərəqə zamanı cəza rəsmi oyunlara da şamil edilə bilər - bu halda söhbət dünya birinciliyinin qrup mərhələsinin matçlarından gedir.
Qrup mərhələsində portuqaliyalılar Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası milliləri ilə qarşılaşacaqlar.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 07 İyun 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















