Portuqaliyalı ulduzun İspaniya nəhənginə keçidi an məsələsidir Klub prezidenti açıqladı
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın futbolçusu Joau Kanselu karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, "Barselona"ya keçməyə razılaşıb.
Bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta "The Touchline"-a açıqlamasında bildirib:
"Kanselu sabah (bu gün) gəlib tibbi müayinədən keçəcək. O, bizimlə olacaq. Bu, Dekunun daha bir uğurudur. Bu bazarda oyunçu transfer etmək həmişə çətindir, amma idman direktorumuz əla iş gördü".
"Blaugrana" portuqaliyalı müdafiəçini cari mövsümün sonuna qədər "Əl-Hilal"dan icarəyə götürüb. Kataloniya nəhəngi oyunçu uğrunda mübarizədə "İnter"ə qalib gələ bilib.
Joau Kanselu artıq bir dəfə - 2023/24 mövsümündə icarə əsasında "Barselona"da oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Yanvar 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















