Icma.az
close
up
RU
Portuqaliyaya uduzmağımıza baxmayaraq, mənim Azərbaycan millisində ən yaxşı oyunum idi MÜSAHİBƏ

Portuqaliyaya uduzmağımıza baxmayaraq, mənim Azərbaycan millisində ən yaxşı oyunum idi MÜSAHİBƏ

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan milli komandasının sabiq hücumçusu, “Bakı”, “Olimpik”(Bakı), “Karvan” klublarında oynamış Leandro Qomeş Sportal.az saytına müsahibə verib.

- Hazırda Braziliyada nə işlə məşğul olursan?  Deyəsən, uşaq futbolunda çalışırsan? 

Hazırda 5-13 yaş arası uşaqlarla futzalda işləyirəm. Həmçinin bələdiyyə tərəfindən 11-17 yaş kateqoriyalarında ayrılmış böyük futbol komandalarında çalışıram. Ən əsası isə bir müddət peşəkar futbol oynadığım Rio-de-Janeyro əyalətinin “Sampayo Korreya” klubundayam. Əsas iş yerim buradı, işləyirik.

- Məşqlərində birində kollektiv şəkildə Azərbaycan bayrağı ilə fotonu paylaşmışdın. Yəqin ki, Azərbaycan haqda braziliyalılara məlumat verirsən? 

Şəhərimdəki futbol layihə zamanı çəkilmiş fotodur. Məni dəvət etmişdilər ki, gənclər üçün mühazirə oxuyum, təcrübəmi onlarla bölüşüm. Mən hekayəmdən onlara bir az danışmalı, peşəkar karyeram barədə söhbət etməli idim. Onlara həyatımı çox əlamətdar edən Azərbaycan haqqında danışmaya bilməzdim. Onlara bayrağı göstərərək, ölkə barədə məlumat verdim. Mən Azərbaycanı çox sevirəm, çünki məni orada çox yaxşı qarşılamışdılar, bu ölkədə çoxlu dostluqlar qurmuşdum və indiyə qədər hələ bəziləri ilə əlaqəm qalıb. 

- Nəyə görə braziliyalılar Azərbaycanda uzun illər oynasalar da, sonda Braziliyaya qayıdırlar, Azərbaycanda yaşamırlar?

“Karvan”da oynadığım vaxt şəxsi səbəblərə  Braziliyaya qayıtmalı oldum. Fikirləşdim ki, karyeramı başa vursam, Azərbaycanda 4 ildən çox oynadığım üçün orada daha çox qala bilərdim. Amma şəxsi səbəblərə görə geri qayıtmalı idim.

- Son illərdə Azərbaycan millisi üçün milliləşdirilmiş xarici oyunçular azdır. Ümumiyyətlə, xarici oyunçunu milliləşdirmək məsələsinə necə baxırsan? 

Milli komanda üçün əlavə seçimlərin olması hər zaman yaxşıdır. Bu mənada, milliləşdirilmiş oyunçuların da yığma üçün seçimlərdən biri olması pozitivdir. 

- “Bakı”da oynadığın vaxtda Azərbaycan millisi üçün milliləşdirilmişdin. Həmin anları, illəri necə xatırlayırsan? 

Əlbəttə ki, Azərbaycan millisi üçün milliləşdirildiyim anları indiki kimi xatırlayıram. Mənə milli komandada oynamaq istəyib-istəmədiyimi söylədilər. Həmin fürsətə görə bu günə qədər Allaha şükür edirəm. “Bakı”ya çox minnətdaram. Uyğunlaşmamız üçün lazım olan hər şeydə bizə kömək etdilər. O vaxt klubda çalışan hər kəsə çox minnətdaram.

- Necə düşünürsən, Azərbaycan millisində ən yaxşı oyunun hansı idi? Daha uzun illər oynasaydın, daha yaxşı performans göstərə bilərdin? 

Portuqaliyaya uduzmağımıza baxmayaraq, bu, mənim Azərbaycan millisində ən yaxşı oyunum idi. Səfərdə oynasaq da, portuqallara qol vurmaq üçün imkanlarımız da olmuşdu. Portuqaliya millisində ulduzlar olsa da, biz rəqabətli futbol oynadıq, həmin oyunda daha yaxşı nəticə əldə edə bilərdik. 

- Maraqlıdır, Azərbaycanda "Bakı", " Olimpik" və "Karvan" klublarında oynamışdın. Ancaq yəqin ki, ən parlaq dönəmin "Bakı" klubunda idi. Daha iddialı: "Qarabağ", " Neftçi", "Xəzər Lənkəran", "İnter" kimi klublardan nə vaxtsa təklif almışdın? 

“Bakı” mənim həyatımda çox xüsusi yer tutur. Çünki Azərbaycanda mənə qapıları açan klub “Bakı” idi. Fəth etdiyimiz titulların əhəmiyyətindən danışmalıyam. Xüsusən orada birinci titulum, işimizə ardıcıllıq vermək üçün həmin il çempion olmaq çox vacib idi. Həqiqətən də “Bakı”da keçirdiyim anlar çox möhtəşəm alındı. Bu klubda insana xüsusi diqqət edirdilər. “Olimpik”də də işlər yaxşı alınmışdı. “Karvan”da da inanılmaz təcrübə oldu. Çünki bir az daha kiçik olan şəhəri təmsil etmək, insanlara bir az daha yaxın olmaq, mədəniyyətə bir az daha yaxından əla idi. Yadımdadır, “Bakı” ilə ilk çempionluğumuzdan sonra bir agent məndən “Neftçi”də oynamaq istəyib-istəmədiyimi soruşmuşdu. Amma söhbət orada da xətm olundu. Çünki "Bakı"da xoşbəxt olduğumu, klubda ilk ilimin olduğum üçün müqaviləmi yeniləmək istəyirdim. Orada 3 mövsümdən çox oynamışdım.

- Azərbaycanda olduğun müddətdə ən unudulmaz oyun hansıdır? 

İlk dəfə titul qazandığımız “İnter”lə görüşü xatırlayıram. Bir qolu mən, digərini Andre Ladaqa vurmuşdu. Möhtəşəm oyun idi. “İnter” də çox yaxşı kollektivə sahib idi.  Bu, titulların ardıcıl gəlməsi üçün də vacib olmuşdu.

 

- “Bakı”nın vaxtı ilə çox yaxşı maddi dayaqları var idi. Klub ölkə daxilində titullar qazansa da, avrokuboklarda nəticə qazana bilmirdi. Səncə, bunun üçün nə çatışmırdı? 

“Bakı” daha çox gələcəyə sərmayə qoyurdu, stadionlar, baza inşa etdilər. Sadəcə yaxşı oyunçular transfer etməklə iş bitmir. Buna örnək olaraq, “Qarabağ”ı göstərmək olar. Amma "Bakı" da gələcək üçün işlər görürdü.

- Yəqin ki, hazırda “Bakı”nın fəaliyyət göstərmədiyini bilirsən?

Bəli, təəssüf ki, belədir. Bu xəbəri eşitmək məni çox kədərləndirdi. Çünki digərləri ilə rəqabət aparmaq, yaxşı nəticələr əldə etmək üçün daha yaxşı strukturlara sahib olmaq lazımdır.

- “Qarabağ" uzun illərdir ki, Azərbaycanda hegemonluq edir, avrokuboklarda mütəmadi oynayır. Onların uğurlu çıxışının sirrini nədə görürsən? 

“Qarabağ”da meydançada və meydandan kənarda çox yaxşı hazırlanmış müəyyən insanlar var. “Qarabağ” məşq bazasına da malikdir. Bütün bunlar nəticələrin daha yaxşı olmasına kömək edir.

- Onlar bu qış "Flamenqo"ya futbolçu da satdı. Braziliyalı futbolçunun Braziliyanın ən böyük klublarından birinə transferinin Azərbaycan klubundan baş tutması, sənin üçün qəribə olmadı? 

Bu xəbər məni çox sevindirdi. “Qarabağ” Avropanın güclü klublarına qarşı çox yaxşı oyunlar göstərir. Mən bunu təbii hal kimi görürəm. İnanıram ki, daha çox futbolçu “Flamenqo” kimi klublara gedəcək. 
“Qarabağ” tanınmış klublara qarşı yaxşı nəticə əldə etdikdə, hər kəs Braziliyada onlar haqda danışır. “Qarabağ”ın rəqiblər tərəfindən çox hörmətli bir komanda olması çox da yeni deyil. Braziliyada Azərbaycan, “Qarabağ” haqda danışırıq. Juninyo çox yaxşı hücumçudur. O, “Flamenqo”nun oyun stilinə tam uyğundur. Sürət, yaxşı mövqe tutma, bütün bunlar Juninyoda cəmlənib. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri