Icma.az
close
up
RU
Posthəqiqət dövrünün danılmaz həqiqətləri

Posthəqiqət dövrünün danılmaz həqiqətləri

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biz artıq posthəqiqət erasında yaşayırıq. Həm də çoxdan. Hətta bu ifadənin meydana gəlməsindən də daha əvvəldən. Bu durum - faktların deyil, emosiyaların, inancların önə çıxması manipulyativ xəbərçiliyi körüklədi. Nəticədə biz artıq nəyin həqiqət, nəyin yalan olduğunu da aydınlaşdırmaqda çətinlik çəkməyə başladıq.

Bu, Qərbdə daha çox müşahidə olunur. Hərçənd çox zaman Qərb mediası bizim kimi ölkələrə nümunə olaraq göstərilir. Bizim kimi ölkələrin siyasətçiləri, yazarları Qərb mediasına çıxış axtarır, tapanda isə, bunun üzərində öz piarını qurur. Adamdan Qərb mediası müsahibə alırsa, yaxud məqaləsi Qərb mediasında dərc olunubsa, bu, həmin siyasətçinin, yazarın cəmiyyətdə daha üstün mövqe sahibi olmasına yol açır. Deməli, biz Qərb mediasının deyil, Qərb qarşısında snabizmin təsiri altındayıq.

Bir siyasətçinin, yaxud yazarın Qərb mediasına çıxması hələ o demək deyil ki, öz cəmiyyətinin fikrini yönləndirir. Məsələn, Eduard Şevardnadze Qərbdə ən çox rəğbət görən, müsahibələri dərc edilən, fikirlərinə tez-tez istinad olunan siyasətçilərdən idi, ancaq elə həmin Qərbin gözri önündə və ya xeyir-duası ilə hakimiyyətdən devrildi. Əbülfəz Elçibəyi də Qərbdə izləyirdilər, hörmət edirdilər. Ən çox da Türkiyədə. Ancaq Kəlbəcərin işğalı zamanı çətinə düşəndə hətta Türkiyə belə ona kömək etmədi. 1989-cu ildə Azərbaycan xalqı "İlin xalqı" elan edilmişdi, ancaq 1990-cı ildə rus tankları bu xalqı əzib keçəndə həmin Qərbdən heç bir real dəstək görmədik. Bu gün Ukrayna prezidentini ayaq üstə alqışlayan Qərb siyasətçiləri onu və ölkəsini Rusiya qarşısında vaxtında və lazım olan qədər dəstəkləmədilər.

Qərb mediasına müsahibə vermək, məqalə dərc etdirmək çox yaxşıdır. Ancaq bunun əhəmiyyətini çox da şişirtmək lazım deyil. Çünki Azərbaycan cəmiyyəti hamılıqla və hər gün Nyu York Times və ya Le Monde oxumur. Bundan, dediyimiz kimi, piar "ləvazimatı" kimi istifadə etmək olar, ancaq konkret olaraq Azərbaycanda ictimai-siyasi proseslərə yön verən Qərb mediası deyil. "Qərb mediası" dediyimiz o informasiya mənbələri heç öz ölkələrində yetərincə etibarlı sayılmır, o da ola Azərbaycan kimi ölkələrdə. ABŞ cəmiyyətində öz mediasına etibar 31 faizə düşüb. Avropada da eyni proses gedir; Almaniya, Böyük Britaniya, Fransa kimi ölkələrdə mediaya inam ya getdikcə azalmaqdadır, ya da ən yaxşı halda artmadan sabit qalıb. Bu da Qərbdə media staqnasiyası deməkdir.

Azərbaycan cəmiyyətində Qərb mediası üzərindən rəy formalaşdırmaq aldadıcıdır. Əgər bir siyasətçinin, yaxud yazıçının öz cəmiyyəti ilə kontaktları qopubsa, bunu Qərb mediasının köməyi ilə geri qaytara bilməz. Öz ölkəsinin mediası ilə, intellektual kəsimi ilə permanent münaqişədə olan bir siyasətçi, yaxud yazıçı nə qədər xarici dəstək görüntüsü yaradır-yaratsın, faydası olmayacaq.

Bu, daha çox siyasətə aiddir. Hakimiyyətin mənbəyi xalqdırsa, bu mənbə ilə bağlar ya zəlzələdən, ya vəlvələdən qopub gedibsə, onun inamını və səsini qazanmaq mümkün olmayacaq. Əsas bunun yolunu tapmaq lazım olduğu halda, Qərb ictimai rəyinə təsir etməyə çalışmaq heç bir fayda verməz. Qərb mediası əsas yox, köməkçi faktorlardan biridir. O da hələ həlledici anlarda kömək etmək istəsə.

Baxın, əgər beş il əvvəl sentyabr-noyabr aylarında Azərbaycan ordusu öz komandanından sıra nəfərinə qədər döyüşdə peşəkarlıq və fədakarlıq göstərməsəydi, təkcə Qərb mediasına, Şərq mediasına müsahibələrlə qələbə əldə olunardımı?! Xeyr!

Bir də ki, Qərb həqiqətən də bəyan etdiyi dəyərlərdən çoxdan uzaqlaşıb. Qərb siyasi sistemi neftə və qana bulaşıb, dərin tənəzzüldədir. Bunu Zbiqnev Bjezinski, Con Neysbit, Kissincer kimi siyasi fikir nəhəngləri yazıb. Bizə deyil, onlara inanın. Cəmiyyətlə əlaqə qurmaq lazımdır, öz doğma cəmiyyətinlə. Yoxsa heç kim kənardan heç nə edə bilməz.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri