Pozitiv Psixologiya Mərkəzinin 5 ci filialı rəsmi açılışını etdi Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pozitiv yanaşmanı həyatın hər sahəsinə yaymağı qarşısına məqsəd qoymuş Pozitiv Psixologiya Mərkəzi fəaliyyətini genişləndirməkdə davam edir. Mərkəzin artıq 5-ci filialı da öz qapılarını rəsmi şəkildə ziyarətçilərinin üzünə açdı!
Açılış mərasimi möhtəşəm atmosferdə və yüksək maraqla keçirilib. Tədbirdə tanınan blogerlər, dost təşkilatların təmsilçiləri iştirak edib.
Açılış mərasimi zamanı qonaqlara yeni filialın strukturu, xidmət sahələri və gələcək planları barədə geniş məlumat verilib.
Tədbir zamanı qonaqlar mərkəzin terapevtləri və psixoloqları ilə tanış olub, real seans otaqları və iş prinsipləri barədə yerindəcə məlumatlandırılıb. Həmçinin qonaqlar üçün xüsusi tanıtım seansları və interaktiv fəaliyyətlər təşkil olunub.
Açılışda iştirak edən blogerlər və dəvətli qonaqlar tədbirlə bağlı müsbət fikirlərini paylaşaraq psixoloji xidmətlərin əlçatan və keyfiyyətli şəkildə geniş kütləyə təqdim edilməsini yüksək qiymətləndirib.
Yeni filialın əsas məqsədi — daha çox insanın psixoloji rifahına töhfə vermək, sağlam ailə və cəmiyyət münasibətlərini dəstəkləməkdir. Hər yaş qrupundan olan insanlara fərdi yanaşma ilə xidmət göstərmək hədəflənir.
Bu yolda bizimlə olan hər kəsə – əməkdaşlarımıza, qonaqlarımıza, izləyicilərimizə – təşəkkürümüzü bildiririk. Gələcək fəaliyyətlərimizdə də yeniliklərlə sizlərin qarşısında olmağa davam edəcəyik.
Pozitiv Psixologiya Mərkəzi - Psixi Sağlamlığı Pozitiv İstiqamətdə İşıqlandıran Mərkəz.
Ünvan: Ağa Nemətulla 45 (Nərimanov m/s)
Əlaqə nömrəsi: 070 725 00 00











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 İyul 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















