Əmək hüquqları pozulan qadınların sayı açıqlandı
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Ötən il 8 min 525 qadının əmək hüquqları pozulub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.
Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarının pozulması ilə əlaqədar 27 min 4 müraciət daxil olub.
Bunlardan, 8525 (31.5%) müraciət qadınların, 18 min 479 (68.5%) müraciət isə kişilərin əmək hüquqlarının pozulması ilə əlaqədar olub.
Sənəddə vurğulanıb ki, qadınların əmək hüquqlarının pozulması ilə əlaqədar işəgötürənlərə 731 fakt üzrə 1 milyon 111 min 350 manat inzibati cərimǝ tǝtbiq edilib.
Baxış sayı:113
Bu xəbər 21 May 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















