Premyer Liqa: Bu gün VII turun daha iki oyunu baş tutacaq
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Misli Premyer Liqasının VII turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
Qaynarinfo-nun məlumatına görə, "Zirə" evdə "Şamaxı" ilə üz-üzə gələcək.
"Zirə" hazırda turnir cədvəlində 10 xalla 5-ci pillədə yer alıb. 9 xala malik "Şamaxı" isə 7-cidir.
Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. "Qəbələ" 4 xalla turnir cədvəlində 9-cu yerdədir. 11-ci pillədə qərarlaşan Sumqayıt komandasının isə 2 xalı var.
Misli Premyer Liqası
I dövrə, VII tur
10 oktyabr
17:00. "Zirə" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zirə İdman Kompleksinin stadionu
19:30. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
"SOCAR Polymer Arena"
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















