Premyer Liqa klubu gürcü ilə gücləndi
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə güclənib.
Futbolpress.az xəbər verir ki, gürcüstanlı Otar Aptsiauri komandanın şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində “Dinamo” Tbilisi olub.

