Premyer Liqa klubu Kurban Berdiyevin qərarını gözləyir
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunun “Turan Tovuz”un futbolçusu Tural Bayramlı ilə maraqlandığını xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumatına görə, hələlik keçid dəqiqləşməyib. Tərəflər arasında bir müddətdir danışıqlar davam etsə də, yekun nəticə yoxdur. Buna səbəb Bayramlının Tovuz təmsilçisi ilə müqaviləsinin davam etməsidir.
Baş məşqçi Kurban Berdiyev ötən mövsüm Bayramlıya az şans versə də, hələ onun ayrılmasına izin vermir. Təcrübəli mütəxəssis razılıq versə, futbolçu növbəti mövsüm Yexlax təmsilçisinin formasını geyinəcək. Yaxın günlərdə transferin baş tutub-tutmayacağı bəlli olacaq.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Turan Tovuz”da 8 oyunda çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 İyul 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















