Premyer Liqa klubunun gözlədiyi qərar veriləcək Azarkeşlər hazırlaşsın
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
“Karvan Yevlax” dünən yoxlama görüşü çərçivəsində Region Liqası təmsilçisi “Bərdə” ilə üz-üzə gəlib. Yenilənmiş qazonun sınaq məqsədilə keçirilən matçı Peşəkar Futbol Liqasının əməkdaşları da izləyib.
Qurum nümayəndələri süni örtüklü meydançaya və Yevlax şəhər stadionuna növbəti dəfə baxış keçiriblər. Yekun qərarın Premyer Liqa klubu üçün sevindirici olacağı gözlənilir.
Yaxın günlərdə PFL tərəfindən kluba ev oyunlarını doğma meydanda keçirməsi ilə bağlı məktub göndəriləcək. Arena üçün müsbət rəy veriləcəyi yüksək ehtimaldır.
Artıq işlərin 90 faizinin həll olduğu bildirilir. “Karvan Yevlax” Misli Premyer Liqasının XI turunda keçiriləcək “Kəpəz”ə qarşı ev oyununu Yevlaxda oynamağa hazırlaşır.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 05 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















