Icma.az
close
up
RU
Elektron siqaretin dəhşətli üzü KONKRET

Elektron siqaretin dəhşətli üzü KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Elektron siqaretlər ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda bir çoxları bunu tütün asılılığından xilas yolu kimi görürdü, amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında həkim-pulmonoloq Əsəd Beydullayev deyib.

O bildirib ki, 2019-cu ildə ABŞ-da elektron siqaret istifadəsi ilə bağlı ilk ölüm hadisəsi qeydə alınıb:

“Bunun ən əsas səbəbi onların çox təhlükəsiz görünməsidir. Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Təəssüf ki, bu, belə deyil. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur. 2019-cu ildə ABŞ-da elektron siqaretlə bağlı ilk ölüm hadisəsi baş verib. Xəstəliyə EVALI adı qoyulub və bu, ağciyərin interstisial  xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil, yəni effekti yüksək deyil”.

Əsəd Beydullayev elektron siqareti “mehriban düşmən” adlandıraraq qeyd edib ki, onun cəlbedici görünüşü insanları aldatmamalıdır:

“Hamı elektron siqaretdən uzaq durmalıdır Xüsusən də gənclər, yeniyetmələr, qadınlar. Çünki onun zərərli tərəfləri, təəssüf ki, ənənəvi siqaretdən az deyil. Elektron siqaret “mehriban düşmən” kimidir, gözəl, cəlbedici görünür, amma çox qorxuludur. Bu səbəbdən bəzi ölkələrdə artıq elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edirəm. Düşünürəm ki, ölkəmizdə də bu məsələ nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qorunmuş olar. Bundan başqa, hesab edirəm ki, maarifləndirici videolarımız çox azdır. İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır, tüstüdən qorxmamağa çalışır və düşünürlər ki, tüstü insana nə edə bilər ki? Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onlardan xüsusilə uzaq durmalıdırlar”.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Milli Məclis layihəni ilk oxunuşda qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Dekabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri