Premyer Liqa: Sumqayıt İmişli yə minimal hesabla qalib gəldi
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.
82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.
Bu görüşdən sonra "Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:Premyer Liqa: Sumqayıt İmişli yə qalib gəlib
25 Aprel 2026 18:01
Qarabağ İmişli yə qalib gəldi Premyer Liqa
31 Oktyabr 2025 19:19
Premyer Liqa: “Zirə“ minimal hesabla qalib gəldi
03 May 2026 21:20
Premyer Liqa: Sumqayıt Şamaxıya qalib gəldi
24 Noyabr 2024 21:24
Premyer Liqa: Sumqayıt Neftçiyə qalib gəldi
08 Dekabr 2024 21:13
Baxış sayı:140
Bu xəbər 09 Dekabr 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















