Premyer Liqa ulduzunun gözlənilməz sonu: Oskar futbolu niyə tərk edir?
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyalı ulduz yarımmüdafiəçi Oskar peşəkar karyerasını erkən başa vurmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, keçirdiyimiz həftələrdə səhətində yaşadığı problemlər səbəbindən xəstəxanaya yerləşdirilən 34 yaşlı futbolçu karyerasını bitirmək qərarını rəsmən elan edib.
Braziliya təmsilçisi "Sao Paulo"dakı məşq zamanı qəflətən halı pisləşən və xəstəxanaya çatdırılan Oskarın ilkin diaqnozu "vazoveqal senkop" (huşunu itirmə) olub. Bu vəziyyət qan təzyiqinin ani düşməsi səbəbindən yaranır.
Baxmayaraq ki, həkimlər bu vəziyyətin Oskarın futbolçu karyerasını davam etdirməsinə hər hansı bir əngəl yaratmadığını bildiriblər, 34 yaşlı təcrübəli oyunçu "Sao Paulo" rəhbərliyinə təqaüdəçıxmaq qərarını çatdırıb.
Uzun illər "Çelsi"nin və Braziliya yığmasının əsas oyunçularından olmuş Oskarın bu erkən qərarı futbol ictimaiyyətində böyük təəssüf hissi ilə qarşılanıb.
Kamil Xudiyev
Baxış sayı:44
Bu xəbər 13 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















