Premyer Liqada ilin bombası: Ramosu transfer edirlər
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müdafiə xəttində yaşanan zədələr səbəbindən çətin vəziyyətə düşən “Aston Villa” azad agent statusunda olan stoper Serxio Ramosu heyətinə qatmaq üçün hərəkətə keçib. Baş məşqçi Unay Emerinin həmyerlisi ilə şəxsən görüşdüyü iddia olunur.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi “Aston Villa” transfer bazarında bütün diqqətləri üzərinə çəkəcək böyük bir addım atmağa hazırlaşır. Müdafiə xəttində ardıcıl zədələr və mövsümün əvvəlində yaşanan problemlərdən sonra təcrübəli lider axtarışına çıxan Birmingem təmsilçisi istiqamətini İspaniya futbolunun əfsanəsi Serxio Ramosa çevirib.
İspaniyanın “Fichajes” saytında yer alan iddiaya görə, “Aston Villa”nın baş məşqçisi Unay Emeri 40 yaşlı təcrübəli müdafiəçini razı salmaq üçün prosesə birbaşa müdaxiləyə qərar verib. Həmyerlisi ilə görüşən Emerinin komandadakı stoper çatışmazlığını Ramosun liderliyi və təcrübəsi ilə aradan qaldırmağı hədəflədiyi bildirilib.
Meksikanın “Monterrey” klubundakı macərasından sonra azad agent statusunda olan Ramosla bağlı tərəflər arasındakı danışıqların olduqca müsbət irəlilədiyi vurğulanıb. Xəbərin detallarında razılaşmanın yekunlaşma mərhələsinə yaxınlaşdığı və klubun təcrübəli ulduz üçün yaxın günlərdə tibbi müayinə planlaşdırdığı iddia edilib.
Transfer baş tutacağı təqdirdə Serxio Ramos karyerasında ilk dəfə İngiltərə Premyer Liqasında çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 14 Sentyabr 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















