Icma.az
close
up
RU
Premyer Liqanın portuqaliyalısı: “Qarabağ”ı 10 ildir tanıyıram”

Premyer Liqanın portuqaliyalısı: “Qarabağ”ı 10 ildir tanıyıram”

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Karvan Yevlax”ın yeni transferi Pedro Mateus İdmanxeber.az saytına müsahibə verib. Portuqaliyalı qolkiper Azərbaycan futbolu barədə danışıb və komandasının hədəflərindən söz açıb:

– Azərbaycan futbolu barədə məlumatın var?

Açığı, o qədər də geniş məlumatım yoxdur. Hazırda ölkənizin mədəniyyətini, mətbəxini öyrənməyə çalışıram. Dərin bir məlumatım yoxdur. Azərbaycanda yalnız Bakı və Yevlaxda olmuşam. Hələlik mədəniyyətdə və ya mətbəxtdə təəccüblü gələcək bir şey görməmişəm. Amma öz ölkəmlə müqayisədə təbii ki, Portuqaliya yeməklərinə daha çox üstünlük verirəm. Çünki orada böyümüşəm.

– Premyer Liqamızda kifayət qədər portuqaliyalı futbolçu var. Azərbaycana gəlmədən öncə onlarla fikir alış-verişi etdin?

Onlardan bəziləri ilə əlaqəm var. Bu gün də danışırıq. Eləsi olub ki, mənə qarşı oynayıb. Davamlı söhbət edirik. Azərbaycan futbolu barədə müəyyən məlumatlar vermişdilər. Klublarınızın avrokuboklarda çıxışında xəbərim var. Futbolunuz barədə xoş sözlər dedilər. 

– Yəqin ki, “Qarabağ”ı daha yaxşı tanıyırsan. Çünki bu komanda Portuqaliyanın “Braqa” klubunu məğlub etmişdi…

“Qarabağ”ı 10 ildir tanıyıram. Onlar barədə məlumatım çoxdur. Yaxşı komandadırlar. Avropada ciddi nəticələr qazanıblar. 

– “Karvan Yevlax”dakı hədəflərin nədir?

Mümkün qədər irəli getmək istəyirəm. Daha güclü liqalarda oynamaq niyyətindəyəm. Komanda Premyer Liqaya yeni yüksəlib. Addım-addım baxmaq lazımdır. Necə olacağını zaman göstərəcək. 

– Komanda Yevlaxda məskunlaşacaq. Orada yaşamaq sənin üçün çətin deyil?

Açığı, Yevlaxı çox görmək fürsətim olmayım. Hələlik necə bir yer olduğunu bilmirəm. Darıxdırcı olacağını düşünmürəm. 

Həsən Quluzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 15 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri