Prezident 2 fərman imzaladı
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
15:46
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 7, maddə 658, № 9, maddə 817, № 11, maddə 1018, № 12 (I kitab), maddə 1151; 2026, № 2, maddə 123, № 5 (I kitab), maddə 419, № 7 (I kitab), maddələr 645, 666, 668) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 16.2-ci bəndi ləğv edilsin.
***
Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 5 (I kitab), maddə 408) 2.1-ci bəndinə hər iki halda “tramvay, taksi” sözlərindən sonra “, sərnişin kanat yolları” sözləri, “metro, tramvay” sözlərindən sonra “, sərnişin kanat yollarının” sözləri əlavə olunsun və həmin bənddə “taksi və avtobuslara” sözləri “taksilərə, avtobuslara və sərnişin kanat yollarına” sözləri ilə, “və tikintisini” sözləri “, tikintisini və istismarını” sözləri ilə əvəz edilsin
Baxış sayı:107
Bu xəbər 02 Oktyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















