Icma.az
close
up
RU
Prezident ABŞ Nümayəndələr Palatasının üzvü ilə görüşüb Yenilənib

Prezident ABŞ Nümayəndələr Palatasının üzvü ilə görüşüb Yenilənib

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Prezident İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, dövlət başçısı COP29-un uğurla keçdiyini deyərək vurğulayıb ki, baxmayaraq, Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılıb, COP29-un ilk günündə bununla əlaqədar ciddi irəliləyiş əldə edilib.
Prezident İlham Əliyev qeyd edib ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Azərbaycan Prezidenti beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamaları da bu istiqamətdə ümidverici addım kimi qiymətləndirib.
Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar.
Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-nin ölkəmizə dəstəyi xatırlanıb, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.
Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlət başçısına minnətdarlığını bildirib.
Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Dövlət başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığımızı qeyd edib.
Prezident İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunub, o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlayıb və bu müqavilənin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini vurğulayıb, həmin dövr ərzində energetika sahəsində əsaslı əməkdaşlığın möhkəmləndiyini deyib.
Dövlət başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxunub, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd edib. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.
Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğulayıb, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını vurğulayıb. Dövlət başçısı Azərbaycanın yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacağını bildirib və Avropa İttifaqı bazarının enerji tələbatının artmaqda olduğunu deyib.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.
Prezident İlham Əliyev ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırlayıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlət başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.
***12:25
Prezident İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri