Icma.az
close
up
RU
Prezident ailəsi ilə onlara qonaq getdi Fotolar

Prezident ailəsi ilə onlara qonaq getdi Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb.

Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.

Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi.

Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki, evimizə təşrif buyurmusunuz.

Kişi sakin: Fəxr edirəm ki, Sizin komandanlığınız altında döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Füzuli və Xocavənd… Buranı azad etmisən?

Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində hərbi xidmətimi davam edirəm.

Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür, həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam ki, mənim övladlarım burada böyüyəcəklər.

Prezident İlham Əliyev: İnşallah. Çox gözəl. Şərait də yaxşıdır. Eviniz necədir?

Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş Komandan.

Prezident İlham Əliyev: Sən özün harada doğulmusan?

Kişi sakin: Xocavənd rayonunun Axullu kəndində.

Prezident İlham Əliyev: Axullu. Uzaqdır buradan?

Kişi sakin: Xeyr, buradan çox uzaq deyil.

Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.

Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.

Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.

Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.

Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.

Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.

Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.

Qadın sakin: Nuş edin, nuş olsun.

Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Siz nə işlə məşğul olursunuz?

Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.

Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən çox şərəf duyuram.

Birinci xanım Mehriban Əliyeva: Mən də çox xoşbəxtəm sizi görməyimə.

Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi görməyə.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağındasınız.

Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı düzələcək. Təmirdir, məktəbdir - hamısı olacaq, bəli.

Digər qadın sakin: Allah canınızı sağ eləsin.

Kişi sakin: Düşməni də qovmuşuq.

Digər qadın sakin: Allah canınızı sağ eləsin. Sizin sayənizdə.

Prezident İlham Əliyev: Düzdür, qovmuşuq.

Qadın sakin: Amin. Allah Sizi qorusun, xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun.

Prezident İlham Əliyev: Bundan sonra sülh olacaq.

Digər qadın sakin: Allah ömür versin Sizə.

Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.

Prezident İlham Əliyev: Eşitməyəcəklər.

Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.

Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik.

Kişi sakin: Sizin sayənizdə, “dəmir yumruğ”un sayəsində.

Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir.

Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb.

Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun.

Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.

Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

***

Sonra xatirə şəkilləri çəkdirildi.

***

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, sağ olun.

Qadın sakin: Evimizə qonaq olun. Çox sağ olun, cənab Prezident. Şərəfdir bizim üçün.








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Fevral 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri