Icma.az
close
up
RU
Prezident: Bu, kitablarda oxuduğumuz mövzu deyil

Prezident: Bu, kitablarda oxuduğumuz mövzu deyil

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Gündəliyimizdə çoxsaylı prioritet məsələlər var. Onlardan yalnız birini seçmək çətindir. Qlobal gündəliyimizə davamlı inkişaf, Qarabağın bərpası və yenidən qurulması, yeni nəqliyyat marşrutlarının yaradılmasına xidmət edən layihələrin başa çatdırılması və nəqliyyat bağlantılarının genişləndirilməsi daxildir. pizza

Əsas prioritetlərimizdən biri də rəqəmsal transformasiya və süni intellektin inkişafıdır. Bu yaxınlarda həmin sahələrin inkişafı ilə bağlı xüsusi sərəncam imzaladım və bunun üçün müvafiq komissiya, birgə işçi qrupu və şura yaradıldı. Enerji təhlükəsizliyi də qlobal gündəmdə əsas mövzulardan biri olaraq qalacaq. Ölkə daxilində bu istiqamətdə artıq ciddi nəticələr əldə etmişik.

Bununla belə, həm ənənəvi enerji resurslarımıza, həm də bərpa olunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bərpa olunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda artıq 340 meqavat gücündə su elektrik stansiyaları istifadəyə verilib. Eyni həcmdə – 340 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi isə gələn il başa çatacaq.

Beləliklə, Avropa bazarına elektrik enerjisi ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var, bizim isə əlavə istehsal imkanlarımız mövcuddur. Bundan başqa, ölkəmizin beynəlxalq aləmdə tanıdılması da gündəlik fəaliyyətimizin vacib hissəsidir. Biz görülən işləri, əldə olunan nailiyyətləri və qarşılaşdığımız çağırışları fasiləsiz şəkildə beynəlxalq ictimaiyyətə çatdırmalıyıq.

Hazırkı şəraitdə isə yəqin ki, ən mühüm məsələ təhlükəsizlik və müdafiə qabiliyyətidir. Çünki görürük ki, təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil. Biz bu reallıq içərisində yaşayırıq. Ona görə də gündəliyimizdə çoxsaylı prioritetlər var. Amma ümumiləşdirsəm, əsas məqsədimiz milli maraqlarımızı müdafiə etmək imkanlarımızı daha da gücləndirmək və mümkün qədər çox ölkə ilə praktiki, səmərəli və işgüzar əməkdaşlıq münasibətləri qurmaqdır”, - dövlət başçısı qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri