Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Prezident CGTN ə müsahibəsində strateji tərəfdaşlıq və gələcək hədəflər barədə dünyaya mesajlar verdi

Prezident CGTN ə müsahibəsində strateji tərəfdaşlıq və gələcək hədəflər barədə dünyaya mesajlar verdi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi təkcə ölkəmizdə deyil, dünyada maraqla izlənildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, eyni zamanda, ölkəmizin sosial inkişafı, iqtisadi təhlükəsizliyi haqqında dolğun məlumat verdi. Prezident İlham Əliyev müstəqillik tariximizin ən mühüm nailiyyəti olan  ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından danışaraq qeyd etdi ki, biz işğal altında olan tarixi ərazilərimizi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq azad etdik. Bu tarixi qələbə 30 il ərzində milli ideyamız və hədəfimiz idi. Təəssüf ki, ədaləti bərpa etməyi öhdəsinə götürmüş beynəlxalq güclərin fəaliyyətsizliyi ilə qəbul edilmiş qətnamələr, kağız üzərində qalmışdı. Belə olduğu təqdirdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi özümüz azad edərək ərazi bütövlüyümüzü tam təmin etməyi bacardıq. Prezident haqlı olaraq bildirdi ki, indi dünyanın beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Bununla yanaşı, mövcud vəziyyətdə Azərbaycan və Çin münasibətlərinə toxunan dövlət başçısı vurğuladı ki, ölkələrimiz rəsmi olaraq strateji tərəfdaşdırlar. Ölkəmiz dünyanın iqtisadi nəhənglərindən olan Çin Xalq Respublikası ilə əlaqələrin daha da möhkəmlənməsinə böyük önəm verir. Azərbaycan bu ölkə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Əlaqələrimiz çoxşaxəli və sağlam təməllər üzərində qurulub.
Prezident ABŞ ilə münasibətlərindən söhbət açaraq qeyd etdi ki, ölkələrimiz arasında yeni dövrün başlanması hər iki tərəfin marağındadır. Geridə qoyduğumuz son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşmasının əlaqələrimizin korlanması ilə nəticələndiyini vurğulayan Prezident söylədi ki, Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz müsbət olub. Məhz bu baxımdan Prezident ABŞ–Azərbaycan münasibətlərində  yeni dövrün başlanmasının anonsunu verdi.
Bundan əlavə, Prezident İlham Əliyev müsahibəsində ötən il ölkəmizdə uğurla keçirilən iqlim sammiti ilə bağlı bəzi məsələlərə toxundu. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyi üzərinə götürməsi ölkəmizə göstərilən etimadın nümunəsi idi. Bu, bir həqiqətdir ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli və beynəlxalq səviyyədə apardığı siyasətin nəticəsi kimi tarixə qovuşdu.
COP29-dan söz düşmüşkən, müsahibədə bu məsələ ilə bağlı toxunulam bir məqama diqqət yetirmək istərdim. Dünyanın siyasi və iqtisadi xəritəsində yüksək yer tutmasını hədəf seçən Azərbaycanın bu məqsəd uğrunda qətiyyətli addımlar atdığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, təxminən, 200 ölkəni bir araya gətirən iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən müdafiə olundu: “Təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.
Azərbaycan lideri müsahibədə iqlim dəyişikliyindən bir çox ölkələrin, o cümlədən respublikamızın əziyyət çəkdiyini, hətta kiçik ada dövlətlərinin mövcudluğuna təhlükə yarandığını və bəzən bununla bağlı onların məsələsinin gündəliyə daxil edilmədiyini təəssüflə diqqətə çatdırıb. Qeyd edib ki, Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. “Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir”,– deyə dövlətimizin başçısı bildirib.
Yeri gəlmişkən,  Azərbaycan inkişaf etməkdə olan ölkə kateqoriyasındadır. Dövlətimiz kolonializmin, imperializmin, işğalın, yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilir. Azərbaycanın sahib olduğu dəyərlərə görə, biz kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri dərindən hiss edirik. Onların iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır.
Beləliklə, göründüyü kimi, dövlətimizin başçısının CGTN telekanalına müsahibəsi mühüm mesajlarla yadda qaldı. Bütün dünya ilə normal münasibətlər quraraq Azərbaycanın milli maraqlarını tam təmin edən Prezident İlham Əliyev 20 ildən artıq müddət ərzində Azərbaycan xalqına müsbət və ya mənfi olmasına baxmayaraq hər zaman həqiqəti söyləyib. Məhz bu üstün keyfiyyətlər inkişafın, sabitliyin, təhlükəsiz həyatımızın təminatçısı olan Azərbaycan liderinə ümumxalq sevgisi qazandırıb. Etibarlı tərəfdaş olduğunu fəaliyyəti ilə sübut edən Azərbaycanın özü ən etibarlı əldədir.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri