Prezident Ərdoğan Putin ilə telefonla danışdı Hansı məsələlər müzakirə edilib?
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiya Prezidenti V.Putin ilə telefonla danışıb.
Ərdoğan Suriyadakı son hadisələrdən istifadə etməyə çalışan PKK terror təşkilatı və onun şaxələri ilə mübarizə məsələsində Türkiyənin qətiyyətli mövqeyinin dəyişməyəcəyini söyləyib.
Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ikitərəfli münasibətlərlə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.
Prezident Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini, həmin ölkədə problemlərin ədalətli və daimi şəkildə həll edilməsi üçün səy göstərdiyini, bütün bunlarla birlikdə, regionda diplomatiyaya daha çox yer verilməsinin mühüm olduğunu, bu dövrdə Suriya rəhbərliyinin siyasi həll prosesinə qoşulmalı olduğunu vurğulayıb.
Prezident Ərdoğan Suriyada baş verən son hadisələr fonunda ən əsas məsələnin dinc əhalinin zərər çəkməməsi olduğunu qeyd edib.
Hürr Tərcüman
Baxış sayı:67
Bu xəbər 04 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















