Icma.az
close
up
RU
Prezident Ersin Tatar Annan Planı referendumunun 21 ci ildönümü ilə bağlı açıqlama verib

Prezident Ersin Tatar Annan Planı referendumunun 21 ci ildönümü ilə bağlı açıqlama verib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Annan Planı referendumunun 21-ci ildönümü ilə bağlı yazılı açıqlama verib.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, BMT-nin Kiprdəki az qala bir əsrlik problemin həlli üçün irəli sürdüyü Annan Planının referenduma çıxarılmasından 21 il keçdiyinə diqqət çəkərək, 2004-cü il aprelin 24-də Kipr türklərinin böyük əksəriyyətinin qalıcı həll ümidi ilə bu plana “hə” səsini verdiklərini söyləyib. O qeyd edib ki, Yunanıstan tərəfi isə 75 faizdən çox səslə bunu rədd edib.

“Planın ən böyük dəstəkçisi, o tarixdən sonra verilən bütün vədlərə və əvvəllər edilən bütün açıqlamalara baxmayaraq, Kipr Rum tərəfini, yəni adanın yalnız bir tərəfini AB üzvü etməkdə heç bir fərq görməyən Avropa Birliyidir”, - deyə Tatar bildirib.

O, sözünə belə davam edib: “Kıbrıs türk xalqı BMT və AB-nin dəstəklədiyi plana “Bəli” dediyi üçün heç nə əldə edə bilmədi, Kipr yunanları isə böyük səs çoxluğu ilə “Xeyr” dedikləri üçün mükafatlandırıldı, hətta xalqımızın təsis müqaviləsindən irəli gələn hüquqları belə gözardı edilməkdə davam edir.

Xalqımızın hüquqlarının qəsb edilməsini gücləndirən Aİ-yə üzvlük, bir tərəfdən Kipr Rum tərəfinin sanki bütün Kipr adasını təmsil edirmiş kimi hərəkət etməsini asanlaşdırmış, digər tərəfdən isə ŞKTC və xalqımızın hər sahədə üzləşdiyi amansız və ədalətsiz sistematik təcrid siyasətinə xidmət etməkdən başqa heç nəyə xidmət etməmişdir. Problemin uzun illərdir həll olunmamasının səbəbi; Kipr türklərinə məhəl qoymayan və bizi sözdə kiçik bir azlıq kimi görən Rum tərəfinin münasibəti və davranışı xalqımızın iradəsini və suveren bərabərlik haqqımızı davamlı və israrla rədd etməsidir. AB-nin 500 milyonluq əhalisi içərisində okeanda bir damla olan və buna baxmayaraq suveren bərabərliyə əsaslanan üzvlük imkanlarından yararlanan Rum tərəfi, Kipr Türk xalqı və ŞKTC məsələsində maksimalist və təcrid siyasətlərindən başqa konstruktiv və işbirlikçi mövqe nümayiş etdirməmişdir”, - deyib.

Prezident Tatar 1974-cü ildən bu yana adada qan tökülməməsinin və icmalararası qarşıdurmaların yaşanmamasının səbəbinin; “Hazırkı iki dövlətli, coğrafi olaraq həmsərhəd sistem qüvvədədir”, - deyə ifadəedib.

Ersin Tatar xalqın bir əsrdən artıqdır davam edən milli azadlıq mübarizəsinin son mərhələsi olan ŞKTC dövlətini Ana Vətən Cümhuriyyətinin tam dəstəyi ilə daha da gücləndirəcəklərinə heç kimin şübhəsi qalmamasını bildirib.

Prezident Ersin Tatar, BMT başda olmaqla, AB-nin bütün müvafiq qurumlarını və onların cənubdakı həmkarlarını Kipr türk xalqına qarşı tətbiq olunan qəddar və ədalətsiz təcrid və maneələri aradan qaldırmağa çağırıb və bunları qeyd edib: “Əmlak sektoruna qarşı qoyulan haqsız həbslər və əngəllər sülh danışıqları deyilən fikirlərlə ziddiyyət təşkil edir. Kipr türk xalqı dünyanın Kipr Rum tərəfinin həm daşınmaz əmlak sektorunda, həm də digər sektorlarda Kipr türklərinə qarşı ədalətsiz tətbiqlərini görməsini və anlamasını, eləcə də bu ədalətsiz tətbiqlərə qarşı tədbir görməsini gözləyir. Bu ədalətsiz rəftarlara şərait yaradan Avropa Birliyi Kipr türk xalqını görməzlikdən gəlməyə davam etməməli, öz daxili qanunlarına, insan hüquq və azadlıqlarına zidd olan əməllərindən əl çəkməlidir. Kipr türk xalqının və dövlətimizin milli kimliyini, iradəsini, tarixi haqlarını və nailiyyətlərini dünyanın hər yerində və hər şəraitdə müdafiə etməyə davam edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri