Icma.az
close
up
RU
Prezident Ersin Tatar, Kiprin şimalında müstəqil dövlət kimi öz yollarına davam etmək istədiklərini bildirib

Prezident Ersin Tatar, Kiprin şimalında müstəqil dövlət kimi öz yollarına davam etmək istədiklərini bildirib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Kiprin şimalında ayrı bir dövlət olaraq öz siyasətlərini yayaraq yollarına davam etmək istədiklərini bildirdi.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın xəbər kanallarından olan "Real TV"nin canlı yayımında açıqlamalar verən və sualları cavablandıran prezident Ersin Tatar: "ŞKTC olaraq qanunverici, icraedici və müstəqil məhkəməmiz var. Quruluşumuz və təşkilatlarımızla ŞKTC birdir. Kipr yeri və strategiyasına görə çox əhəmiyyətli bir ölkədir. Biz bu anlayışla razıyıq", - deyib.

Cumhurbaşkanlığından verilən məlumata görə, prezident Ersin Tatar Milli Birlik Partiyası, AK Partiya və Yeni Azərbaycan Partiyasının birgə təşkil etdiyi “Türk dünyasının Gənc Gücü: Bir Millət, Üç Dövlət Baxış Seminarı”na qatıldığını bildirib. O, Türkiyə, Azərbaycan və ŞKTC-nin hər zaman və hər şəraitdə “Bir millət, üç dövlət” olaraq birlik olacağını vurğulayıb.

ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi qurum kimi qəbul edilməsinə münasibət bildirən prezident Ersin Tatar bunun Kipr türk xalqı üçün çox əhəmiyyətli və dəyərli bir hadisə olduğunu qeyd edib. Bu inkişafla ŞKTC-nin statusunun artdığını deyən prezident Tatar bunun tarixi bir addım və tarixi bir qərar olduğunu bildirib.

Prezident Tatar Şimali Kipr Türk Respublikasının öz adı ilə Türk Dövlətləri Təşkilatına üzv olmasının iki dövlətli siyasi münaqişəni dəstəkləyən bir addım olduğunu vurğulayıb və Kiprin şimalda ayrı bir dövlət olduğunu söyləyib. Onların öz siyasətlərini yayaraq yollarına davam etmək istədiklərini bildirib.

Kipr Rum tərəfinin Kipr türk xalqını azlıq olaraq gördüyünü və onların Kipr Respublikasına ilhaq edilməsini istədiyini ifadə edən prezident Tatar bunun mümkün olmayacağını, iki dövlətin, xalqın sülh, əmin-amanlıq içində yaşayacağını bildirib. O, insanların təhlükə olmadan yaşaya biləcəyi bir vəziyyəti hədəflədiklərini bildirib.

İki ayrı dövlət modeli ilə suverenlik əsasında həllin əldə edilə biləcəyini vurğulayan prezident Ersin Tatar, iki dövlətin qardaşlıq əsasında mühüm əlaqələr qazana biləcəyini ifadə etdi.

Prezident Ersin Tatar dəstək sisteminin mühüm bir element olduğunu ifadə edərək, Kipr türk xalqının Ulu Öndər Mustafa Kamal Atatürkün tökdüyü nurla öz milli dəyərlərini qoruyaraq işıqlı gələcəyə nail ola biləcəyini bildirib.

İki dövlət arasında əməkdaşlığa əsaslanan sülh modelini dəstəkləyən yeni siyasətin əhəmiyyətinə diqqət çəkən prezident Ersin Tatar, Kipr türklərinin illərdir apardıqları haqq mübarizəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Vətən Türkiyənin hərtərəfli dəstəyi ilə irəli sürülən yeni siyasətin qanuniliyi bundan sonra da bütün dünyaya izah ediləcək.

Prezident Ersin Tatar: "ŞKTC müstəqil dövlətdir. Tanınma təmin edən dövlətin varlığını davam etdirməsi üçün mühüm amildir. Bununla belə, tanınmadan da ŞKTC olaraq müstəqil olacağımızı müəyyən etdik. Qanunverici, icra və müstəqil məhkəməmiz var. ŞKTC, quruluşumuz və təşkilatlarımızla bir dövlətdir və bu anlayışla çox əhəmiyyətliyik",- deyə bildirib.

Prezident Ersin Tatar Azərbaycana səfərləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi də ziyarət etdiyini xatırladıb.

İlham Əliyevin ŞKTC-nin tanıdılması üçün verdiyi dəstəyi və fədakarlığı vurğulayan Prezident Tatar bu səyin Kipr türk xalqı üçün dəyərli addım olduğunu bildirib. Azərbaycan ilə ŞKTC arasında tarixi və mənəvi əlaqələrin çox dərin olduğunu deyən prezident Ersin Tatar eyni millətin övladları olaraq Azərbaycan xalqı ilə hər cür fəaliyyətin artmasının onları sevindirdiyini bildirdi.

Prezident Tatar: "Eyni soydan, eyni millətin övladları olaraq, eyni dili, dini, mədəniyyəti və birliyi paylaşırıq, biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Bu fürsətlə bütün Azərbaycan xalqına - Sizin xalqınıza ən dərin hörmət və salamlarımı göndərirəm", - deyib.

Azərbaycanla aralarındakı əlaqələrin günü-gündən inkişaf edəcəyinə inandığını deyən prezident Ersin Tatar əlaqələrin inkişafına diqqətlə yanaşan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana da minnətdarlığını bildirib.

Prezident Ersin Tatar Kipr türk xalqının bu torpaqlarda çox böyük müqavimət göstərdiyini qeyd edərək, ŞKTC-nin öz dövləti ilə varlığını davam etdirəcəyini vurğulayıb.

Prezident Ersin Tatar Ana Vətən Türkiyənin dəstəyi ilə varlıqlarını davam etdirəcəklərini və bu yolla gedəcəklərini ifadə edərək, Kipr türk xalqının bu yolda öz ölkəsi ilə dost olduğunu bildirib. O, ölkələrin verdiyi dəstəkdən razı qaldıqlarını bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri