Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib FOTOLAR
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola “Dostluq” ordenini təqdim edib.
Mia.az xəbər verir ki, Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
Prezident İlham Əliyev Fatih Birola Azərbaycanla həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu deyib.
Qeyd edək ki, yanvarın 31-də İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birolu “Dostluq” ordeni ilə təltif etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Mart 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















