Aİ nin Ukraynadakı səfiri Kiyevdə dron hücumundan son anda xilas olub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katarina Maternova Kiyevdə Rusiyanın dron hücumu zamanı ölümdən son anda xilas olduğunu bildirib.
APA xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, zərbə endirilən zaman həmkarı Maya ilə birlikdə zirehli avtomobildən düşərək hotelə daxil olmağa hazırlaşırmış.
“Bir neçə dəqiqə əvvəl Rusiya dronu düz başımın üzərində partladı. Təhlükəsizlik əməkdaşım Mişa məni giriş qapısından içəri itələdi. Maya ilə birlikdə hotelin foyesinə keçdik. Sözün əsl mənasında titrəyirdik”, – deyə Maternova bildirib.
Səfir qeyd edib ki, dron Kiyevin mərkəzində, qaldığı hoteldən qısa məsafədə vurulub.
Onun sözlərinə görə, Rusiya qüvvələri gün ərzində Kiyevə fasiləsiz hücumlar həyata keçirib və gecə yarısından etibarən 34 hava həyəcanı siqnalı qeydə alınıb.
Maternova həmçinin Niderland səfirliyinin binasının və Kiyevdəki daha üç diplomatik nümayəndəliyin zədələndiyini açıqlayıb.
Diplomatın paylaşdığı məlumata əsasən, hücumlar nəticəsində 26 yaşlı kişi həlak olub, daha dörd nəfər yaralanıb. Bir neçə yaşayış binasına da ziyan dəyib.
Səfir hazırda Lvova yollandığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Noyabr 2026 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















