Prezident fərman imzaladı
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Milli.Az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli; normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















