“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şerif”in baş məşqçisi Yura Qura Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Zirə”yə evdə uduzduq. Amma hələ cavab görüşü var. Nəticəni düzəltməyə çalışacağıq. Favorit “Şerif”dir? Əsas odur ki, bunu meydanda sübut edən. “Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”.
Qura matçla bağlı ötən mövsümü “Qəbələ”də keçirən, bu ay kluba transfer olunan Ayyub Allaşdan məlumat aldığını söyləyib:
“Allaşla danışdım və Azərbaycan futbolu haqda məumat aldım. O, “Zirə”nin standart vəziyyətlərdən necə istifadə etdiyini danışdı”.
Mütəxəssis “Neftçi”yə rəhbərlik edən Roman Qriqorçukla da matç haqda danışmadığını söylədi:
“Zirə”nin baş məşqçisi Rəşad Sadıxovu yaxşı tanıyıram. Köməkçim onunla Trkiyədə oynayıb. Rəqibi təhlil etmişik. “Neftçi”yə rəhbərlik edən Roman Qriqorçukla danışmamışam. Mənə dedilər ki, məşğuldur və onu narahat etmək istəmədim”.
Baxış sayı:345
Bu xəbər 26 Avqust 2026 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















