Icma.az
close
up
RU
Rusiyadakı təxribatın izi: HARA APARIR?

Rusiyadakı təxribatın izi: HARA APARIR?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi,  Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı Səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsi ilə bağlı bəyanat yayıb.

XİN insidenti qətiyyətlə pisləyərək, Rusiya tərəfini hadisəni hərtərəfli araşdırmağa, təxribatı törədən şəxsləri məsuliyyətə cəlb etməyə və diplomatik nümayəndəliyin təhlükəsizliyini Vyana Konvensiyasına uyğun şəkildə təmin etməyə çağırıb.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Rusiyada Azərbaycanın Səfirliyinin qonaq evinin qarşısında törədilən təxribatlar adi küçə insidenti kimi qiymətləndirilə bilməz.

O qeyd edib ki, Vyana Konvensiyasına əsasən Azərbaycanın və ya istənilən dövlətin xarici ölkədə yerləşən diplomatik missiyası xüsusi qorunan obyektlər sırasına daxildir:

“Vyana Konvensiyasına görə, həmin obyektin yerləşdiyi ərazinin təhlükəsizliyi ev sahibi ölkənin müvafiq təhlükəsizlik orqanları tərəfindən təmin olunmalıdır. Ancaq dəfələrlə Azərbaycana qarşı müxtəlif vasitələr və platformalar üzərindən təxribatlara yol verilib.

Bir neçə gün əvvəl oxşar təxribatlar Rusiyanın müxtəlif informasiya resurslarında həyata keçirilmişdi. İndi isə təxribat birbaşa Azərbaycana məxsus qonaq evinin qarşısında törədilib”.

Deputat əlavə edib ki, Rusiya–Azərbaycan münasibətlərinə qarşı təxribatın arxasında müəyyən qüvvələr dayanır:

“Burada birbaşa Rusiya hakimiyyətini və ya Rusiya dövlətini ittiham etmək üçün əsasları, ehtimalları dilə gətirməzdən əvvəl daha çox bu məsələnin kimlər tərəfindən törədildiyini aktuallaşdırmalıyıq. 

Yəni ilk növbədə bu təxribatın kimlər tərəfindən törədildiyi araşdırılmalıdır. Çünki Rusiya–Azərbaycan münasibətlərinin inkişafını istəməyən qüvvələr var. Bunlara Rusiyanın hərbi-siyasi elitasının müəyyən hissəsi və ölkədə dərin kök salmış erməni lobbisi daxildir. 

Məqsəd belə bir təsəvvür yaratmaqdır ki, guya Rusiya–Azərbaycan münasibətləri hər gün daha da pisləşməyə doğru gedir. Nəticə etibarilə isə ictimai rəyi rəsmi siyasətə çevirmək istəyən qüvvələr bu istiqamətdə informasiya manipulyasiyası aparmağa çalışırlar”.

Hikmət Babaoğlu vurğulayıb ki,  informasiya təxribatından sonra Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mövqe açıqayıb:

“Şübhəsiz ki, bu mövqe hər nə qədər tam qaneedici olmasa da, Mariya Zaxarova qətiyyətli şəkildə bunun Rusiya dövlətinin rəsmi mövqeyi olmadığını ifadə etdi. Ümid edirik ki, bu məsələ də aydınlığa qovuşdurulacaq. Ancaq bir şərtlə ki, bundan sonra bu cür təxribatlar baş verməsin. 

Bu təxribatların arxasında duran qüvvələri ifşa etmək Rusiya mərkəzi hökuməti üçün elə də çətin deyil. Onların qarşısını almaq isə Vyana Konvensiyasına əsasən Rusiya təhlükəsizlik orqanlarının birbaşa vəzifəsidir. Düşünürəm ki, bu istiqamətdə nə qədər tez addımlar atılarsa, bu, Rusiya–Azərbaycan münasibətlərinin daha çox lehinə olar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Rusiyadakı təxribat Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri