Icma.az
close
up
RU
Türkiyə İsrail gərginliyi: Azərbaycan vasitəçilik edə bilərmi?

Türkiyə İsrail gərginliyi: Azərbaycan vasitəçilik edə bilərmi?

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail ilə Türkiyə arasında uzun müddətdir davam edən siyasi-diplomatik gərginlik son dövrlərdə daha ciddi mərhələyə qədəm qoyub.

Xüsusilə İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərqində yerləşən “Əbu əl-Duhur” hərbi aviabazasına zərbə endirməsindən sonra Ankara ilə Təl-Əviv arasında hərbi eskalasiya riski gündəmə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev hesab edir ki, İsrail–Türkiyə münasibətlərindəki gərginliyin əsas səbəblərindən biri tərəflərin Suriyadakı təhlükəsizlik maraqlarının toqquşmasıdır.

Onun sözlərinə görə, İsrail-Türkiyə münasibətlərində ciddi problemlər 2010-cu ildə baş verən “Mavi Mərmərə” hadisəsindən sonra daha da dərinləşib.

Son 16 il ərzində münasibətlərin normallaşdırılması istiqamətində müəyyən cəhdlər olsa da, tərəflər arasında fundamental fikir ayrılıqları tam aradan qalxmayıb.

“Hazırda həm Türkiyə, həm də İsrail Suriyada öz təhlükəsizlik maraqlarını qorumağa çalışır. Ankara Suriya hökuməti ilə hərbi əməkdaşlığını və bölgədəki təsirini artırmaq istəyir. İsrail isə Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsindən və bunun uzunmüddətli xarakter almasından narahatdır. Təl-Əviv hesab edir ki, bu vəziyyət gələcəkdə onun təhlükəsizliyi üçün risk yarada bilər”, – politoloq bildirib.

Turan Rzayevin fikrincə, İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyənin Suriyadakı hərbi mövcudluğuna qarşı olduqlarını açıq şəkildə bəyan etməsi də tərəflər arasında gərginliyin səviyyəsini göstərir.

“Əslində Türkiyə İsrail üçün birbaşa hərbi təhdid deyil. Ankaranın İsrailə qarşı əsas narazılığı Təl-Əvivin regiondakı siyasəti, xüsusilə işğal və hərbi əməliyyatlarla bağlı mövqeyi ilə əlaqədardır. Mülki əhalinin ölümü və beynəlxalq hüquqla bağlı mübahisəli addımlar da Türkiyənin sərt reaksiyasına səbəb olur”, – deyə Rzayev vurğulayıb.

Politoloq İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətində yerləşən “Əbu əl-Duhur” aviabazasına zərbəsini də Ankara ilə Təl-Əviv arasındakı qarşıdurma riskini artıran addımlardan biri kimi qiymətləndirib.

“Bu zərbə Ankaraya siyasi və hərbi mesaj kimi də qəbul edilə bilər. Lakin hesab edirəm ki, nə Türkiyə, nə də İsrail birbaşa müharibədə maraqlıdır. Belə bir qarşıdurma təkcə iki ölkə üçün deyil, bütövlükdə Yaxın Şərq üçün son dərəcə ağır nəticələr doğura bilər. Bu baxımdan hazırda ən məntiqli yol tərəflər arasında birbaşa və ya vasitəçilər üzərindən danışıqların aparılması, həmçinin hərbi toqquşmanın qarşısını alacaq əlaqə kanallarının yaradılmasıdır”, – Rzayev qeyd edib.

Politoloqun sözlərinə görə, Türkiyə-İsrail qarşıdurmasının dərinləşməsini bəlkə də ən çox istəməyən ölkələrdən biri Azərbaycandır.

“Azərbaycan üçün məsələ xüsusilə həssasdır. Çünki İsrail Azərbaycanın strateji tərəfdaşlarından, Türkiyə isə ən yaxın müttəfiqlərindən biridir. Bakı illərdir məhz belə bir seçim qarşısında qalmamaq üçün balanslaşdırılmış siyasət yürüdür və tərəflərlə münasibətlərini qoruyur”, – deyə politoloq bildirib.

Rzayev hesab edir ki, Azərbaycan gələcəkdə Türkiyə ilə İsrail arasında mümkün dialoqun bərpasında müəyyən rol oynaya bilər.

“İstisna deyil ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi, Türkiyə və İsrail arasında pərdəarxası diplomatik təmasların qurulmasına dəstək verib. Eyni zamanda Suriya–İsrail istiqamətində danışıqlarda Bakının rolunun olması Azərbaycanın regionda etimad platforması kimi əhəmiyyətini artırır. Bu baxımdan vəziyyətin daha da pisləşməsi halında Bakı tərəfləri yenidən bir araya gətirməyə və müəyyən məsələlər üzrə uzlaşma yaratmağa cəhd göstərə bilər”, – Rzayev deyib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri