Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Prezident hər məsələyə çox dəqiq qiymət verdi

Prezident hər məsələyə çox dəqiq qiymət verdi

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəhruz Məhərrəmov: “Cənab İlham Əliyevin bu mövzuda yanaşması kifayət qədər korrekt və sadə oldu”

Ceyhun Məmmədov: “Həm ölkəmiz, həm bölgəmiz, həm də dünyamız üçün olduqca önəmli mesajlar verildi ”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir neçə məsələyə münasibət bildirib. Prezident jurnalistlərin hər bir sualını mükəmməl, məntiqli və hərtərəfli cavablandırıb. Prezidentin cavabları ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanıb.
Prezidentin məlim fikirlərinə münasibət bildirən Mili Məclisin deputatı Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə deyib ki, Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi dərinləşən ziddiyyətlər fonunda ölkəmizin regionun əsas hərbi-siyasi və iqtisadi gücü, artan nüfuzunun göstəricisi kimi bütövlükdə regionun geosiyasi gündəliyi hesab oluna bilər: “Cənab Prezidentin ritorikasından da aydın şəkildə ifadə olunur ki, Azərbaycanın qlobal miqyasda lider kimi özünü təsdiqinin təməlində milli səviyyədə qazanılan uğurlar dayanır. Üstəlik, bu gün dünyada ortaya uğur hekayəsi qoyan digər dövlətlərdən fərqli olaraq Azərbaycan bu nailiyyətlərini yalnız və yalnız daxili resurslar hesabına şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində əldə edə bilib. Əlbəttə, ölkə daxilində əldə olunan ciddi sosial iqtisadi nəticələr, habelə hərbi-siyasi imkanların artması dövlətimizin beynəlxalq nüfuzuna da köklü təsir göstərib, xüsusən cənab İlham Əliyevin liderliyində ifadə olunan və beynəlxalq hüququn aliliyini rəhbər tutan aydın mövqe ötən dövr ərzində Azərbaycanın qlobal mövqeyini gücləndirib. Bu çərçivədə 2024-cü il üzrə diqqətə alınacaq əsas geosiyasi hadisə Bakı nəaliyyəti adlandırılan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasına Azərbaycanın uğurla ev sahibliyi etməsi oldu. Dövlət başçımızın da ifadə etdiyi kimi, "bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışın uğura çevirməkdən ibarət idi". Bu tədbirdə iqlim maliyyələşməsi və Paris sazişinin karbon bazarları üzrə 6-cı maddəsi istiqamətində əldə olunan ciddi nəaliyyətlər sayəsində Azərbaycan qlobal iqlim dəyişiklikləri üzrə mübarizədə yeni tarix yazdı. COP29 eyni zamanda Azərbaycana qarşı çoxsaylı qərəz və böhtan hücumlara ilə mübarizədə uğurlu platformaya çevrildi”.
Deputat əlavə edib ki, müsahibədə də ifadə olunduğu kimi, ötən ilin xronikasına nəzər salsaq, siyasi qələbələrin miqyasca hərbi qələbələrdən geri qalmadığına şahidlik edərik: “Məhz Azərbaycanın hərbi-siyasi zəfərləri yaratdığı bu konfiqurasiya nəticəsində cənab İlham Əliyev ötən il Ermənistanı özünün ifadə etdiyi kimi, monoloq yolu ilə Qazaxın 4 kəndini bir güllə atmadan azad etməyə, habelə sərhədlərin delimitasiya və demarkasiyası üzrə önəmli və unikal nəticələrdə ehtiva olunan situasiya formalaşdırmağa imkan yaratdı. Lakin Ermənistanın sürətlə silahlandırılması və İrəvanın bu prosesə həvəslə alət olması göstərir ki, Qərb qonşumuz reallıqlarından hələ də ciddi nəticələr çıxara bilmir. Görünən odur ki, bu ölkə hələ də Qərbin regionda sabitlik yaratmaq niyyətində olmadığını ya dərk etmir, ya da özü revanşist niyyətlərdən əl çəkə bilmədiyi üçün bu niyyətlər üst-üstə düşür. Lakin, proseslərin gedişatı da göstərməkdədir ki, zaman Azərbaycanın lehinə işləyir və geosiyasi konfiqurasiya Azərbaycanı zamanında uzaqgörənliklə müəyyən etdiyi gündəliklə üst-üstə düşür”.
O vurğulayıb ki, bu mənada beynəlxalq hüquqa, ədalətə, vicdana söykənməyən və qlobal miqyasda təzavüzkar niyyətlərin daşıyıcısı olan sistemlərin çöküşü - ABŞ-nin Soros hakimiyyətinin marionet Kanadanın mövqeyi aydın olmayan baş nazirinin, habelə Makron hakimiyyətinin fiaskosu bu mənada beynəlxalq hüququn təntənəsi hesab edilməli, cari istiqamətdə daim səmimi mövqe ortaya qoyan və real nəticələr yaradan Azərbaycan kimi dövlətlərin isə qələbəsi sayılmalıdır: “Təsadüfi deyil ki, artıq Fransa Makronun özünün dilindən rəsmən dolyası ilə Azərbaycan qarşısında aciz qaldığını etiraf etməkdədir və Azərbaycana qarşı cəfəng ittihamların kökündə də məhz bu dayanır. Dünyanın diqqətinin Yaxın Şərqdə, xüsusən Bəşər Əsəd sonrası Suriyada olduğu məqamda cənab İlham Əliyevin bu məsələyə dair mövqe bildirməməsi, təbii ki, təəccüblü olardı. Xüsusən Cənabi Qafqaz kimi həssas geosiyasi bölgədə əsas hərbi-siyasi güc kimi çıxış edən, o cümlədən istər İslam dünyasında, istər digər çoxsaylı platformalarda aparacı mövqeyini gücləndirməkdə olan bir ölkənin liderinin bu mövzuda mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən də maraqla gözlənməkdə idi. Cənab İlham Əliyevin bu mövzuda yanaşması kifayət qədər korrekt və sadə oldu. Hakimiyyəti dövründə hər zaman Ermənistanın yanında olan, bu ölkə ilə Azərbaycana qarşı birləşən bir rejimin çöküşü və bu fonda Suriyadakı dəyişikliklər həm Türkiyə, həm də Azərbaycan aspektindən Bakıda məmnunluqla qarşılanıb”.
Deputat həmçinin bildirib ki, yeni dönəmdə isə Azərbaycan artıq Türkiyə ilə birlikdə, o cümlədən Yaxın Şərqdə yeni nizamın formalaşmasında iştirak edəcək: “Qeyd olunan reallığın təməlində isə çox sadə bir həqiqət dayanır. Dövlət başçısının özünün də müsahibədə ifadə etdiyi kimi, "Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram". Məhz bu sadə prinsipə əsaslanan, xalq-iqtidar birliyindən qaynaqlanan siyasət 31 il əvvələ qədər dağılmaq təhlükəsində, parçalanmaqda olan Azərbaycan dövlətçiliyinin bu gün özünün ən qüdrətli tarixi dövrünə qədəm qoymasına gətirib çıxarıb”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin dünən yerli kanallara verdiyi müsahibədə ölkəmiz üçün xüsusi önəm daşıyan çox vacib məsələlərə toxunduğunu, Azərbaycanın mövqeyini çatdırdığını vurğulayıb: “Bu müsahibədə həm ölkəmiz, həm bölgəmiz, həm də dünyamız üçün olduqca önəmli mesajlar verildi və bir çox məsələlər ətrafında cənab Prezident qəti mövqeyini bildirdi”.
Deputat qeyd edib ki, bu məsələlərdən biri Ermənistanla bağlıdır: “Ermənistan bölgəmizə sülhün gəlməsi üçün ciddi addımlar atmalı, silahlanmaya son qoymalıdır. Eyni zamanda, burada digər mühüm məqam isə Azərbaycan vətəndaşları Naxçıvana sərbəst gedib-gəlməlidirlər, Zəngəzur dəhlizi açılmalıdır. Prezidentin müsahibəsində Fransanın Azərbaycana qarşı təxribatlarından da geniş bəhs olundu. Azərbaycanın davamlı olaraq Fransanın haqsız, ədalətsiz yanaşması ilə üzləşdiyi vurğulandı. Sanki Fransa Azərbaycansız yaşaya bilmir fikrini bildirməklə cənab Prezident məsələyə çox dəqiq bir qiymət verdi. Azərbaycanın haqlı mövqeyi ondan ibarətdir ki, Fransa ölkəmizə qarşı yanaşmasını dəyişməli, bu təxribatlara son qoymalıdır. Son qoymadığı təqdirdə hansısa münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Yəni bu gün bizim açıq-aydın gördüyümüz məsələ ondan ibarətdir ki, bölgəmizə sülhün gəlməsinə ən çox mane olan dövlət Fransadır”.
Ölkə başçısının müsahibəsi haqqında fikirlərini ifadə edən C.Məmmədov cənab Prezidentin İranla bağlı məsələlərə də çox geniş toxunduğunu deyib: “Təəssüf ki, hər zaman olduğu kimi İranın ölkəmizə qarşı hədyanları davam edir və İran rəsmiləri də bu məsələ ilə bağlı ortaya hansısa bir rəsmi izahat, üzrxahlıq qoymurlar. Bu da qəbuledilməz bir məsələdir. Eyni zamanda, cənab Prezidentin toxunduğu ən önəmli məsələlərdən biri də ondan ibarət idi ki, Azərbaycan müsəlman ölkəsi olaraq hər zaman müsəlman ölkələrinə öz dəstəyini, yardımı ifadə edib. Suriya məsələsində də Azərbaycan hər zaman olduğu kimi bir daha öz möqveyini ortaya qoydu. Azərbaycan bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq edir. Bizim bunu müşahidə etməyimiz birinci dəfə deyil. Azərbaycan Suriyada koordinasiyalı şəkildə tədbirlər görür. Bu da Azərbaycanın Türkiyə ilə birlikdə əməkdaşlığının, birgə fəaliyyətinin daha bir göstəricisi kimi qeyd olunmalıdır”.
Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri