Icma.az
close
up
RU
Prezident müsahibəsində üç məsələyə xüsusi yer verib

Prezident müsahibəsində üç məsələyə xüsusi yer verib

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib. Müsahibə bir çox baxımdan diqqət çəkir.

Bakının prioritetləri

Prezident İlham Əliyevin son çıxışlarına, müsahibələrinə diqqət yetirdikdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamazdan öncə etməli olduğu üç aktı önə çəkdiyini görmək olar:

1. Ermənistan Konstitusiyanı dəyişməlidir;

2. Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir;

3. Ermənistan ilkin mərhələdə Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir.

Prezident Dmitri Kiselyova müsahibəsində də bu üç məsələyə xüsusi yer verib. Rəsmi Bakı “Ermənistan Konstitusiyanı dəyişməlidir” deyərək Ermənistanın bu gün və gələcəkdə Azərbaycana ərazi iddialarının qarşısını almaq, “Ermənistan ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir” deyərək sülh danışıqlarından kənar aktorları uzaqlaşdırmaq və məsələni regional müstəvidə saxlamaq, Ermənistan Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı, daha sonra onların ata-baba yurdlarına qayıdışı təmin edilməlidir” deyərək isə münaqişəni başladığı əsaslara qaytarıb bitirmək istəyir.

Dəyişən dünya, işləməyən beynəlxalq hüquq

Prezidentin müsahibəsində digər diqqətçəkən məqam isə “…hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər” sözləri oldu.

Həqiqətən də bu gün beynəlxalq münasibətlər, beynəlxalq hüquq dediyimiz anlayışlar İkinci Dünya müharibəsi nəticəsində yaranıb. Yəni kifayət qədər köhnəlib və qeyri-effektiv hal alıb. Misal üçün Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər, İsrail-İran gərginliyi, Tayvan, Kipr, Kəşmir, Kosova, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinin dalana dirənməsi bunu bir daha təsdiqləyir.

Son illər Üçüncü Dünya müharibəsinə dair fikirlər səsləndirilir. Yəni yeni dünya nizamını qurmaq üçün mütləq yeni dünya müharibəsinə ehtiyac yoxdur. Böyük güclər bir araya gəlib nizamı reformu keçirməlidir. Əks təqdirdə yeni dünya nizamı yeni bir dünya müharibəsindən sonra tərtib edilə bilər.

Azərbaycansayağı balans siyasəti

Prezidentin müsahibəsində diqqətçəkən digər məqam isə Azərbaycanın xarici siyasəti ilə bağlı dedikləri oldu. Ölkə başçısı deyib ki, xarici siyasətin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə aktor kimi qəbul edilir.

“Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”, – Dövlətimizin başçısı qeyd edib.

Əslində, bu, mərhum prezident Heydər Əliyev, daha sonra Prezident İlham Əliyevin apardığı balans siyasətidir. Cənubi Qafqaz hər zaman böyük güclərin diqqətində olub. Region ölkələrinin birqütblü siyasət yürütməsinin ağır fəsadları olur. Misal üçün Gürcüstan və Ermənistan fərqli vaxtlarda həm Rusiya, həm də Qərbmeyilli siyasət yürüdüb. Nəticədə hər iki ölkədə rəngli inqilab ssenariləri, ya da Gürcüstandakı kimi separatçılığın pik həddi yaşanıb.

Azərbaycanın son 35 illik tarixinə baxdıqda isə Ayaz Mütəllibov dövründə həddən artıq Rusiyapərəst, Əbülfəz Elçibəy dövründə xaotik Türkiyəpərəst siyasət, paraleldə İrana, Rusiyaya yersiz barmaq silkələmək ölkəni siyasi böhran, işğal və parçalanma riski ilə üz-üzə qoydu.

Yuxarıda qeyd etdiyim misalları nəzərə aldıqda deyə bilərəm ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin sirri balans siyasətindədir. Prezidentin də dediyi kimi, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir.

Müəllif: Politoloq Turan Rzayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri