Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Prezident İlham Əliyev Türkiyəyə niyə getmədi? TƏHLİL KONKRET

Prezident İlham Əliyev Türkiyəyə niyə getmədi? TƏHLİL KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) sabah Ankarada keçiriləcək Sammitinə getməyəcək.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Dövlət başçısı əvvəldən müəyyən olunmuş proqrama əsasən, Azərbaycanda keçirilən FİFA U-15 dünya çempionatının oktyabrın 30-da keçiriləcək bağlanış və mükafatlandırma mərasimində iştirak edəcək.

Azərbaycanı TDT Sammitində xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Türkiyədə Azərbaycana qarşı kampaniya

Rəsmi protokol səbəbi ilə yanaşı, Prezident İlham Əliyevin Türkiyəyə səfər etməməsi ətrafında daha geniş müzakirə açmaq mümkündür.

Prezident İlham Əliyev TDT-nin Sammitində iştirak üçün Türkiyəyə niyə getmədi?

Bir aydır ki, Türkiyədə Azərbaycana, onun liderinə, Azərbaycan xalqına və dövlətinə qarşı əsassız və çirkin kampaniya aparılır.

Əslində, bu kampaniya son bir ayda intensiv xarakter alsa da, proses daha tez başlayıb. Türkiyədə son 3 ildə ara-sıra səngiməklə Azərbaycan ardıcıl şəkildə hədəf götürülür. Əsas mövzu isə Azərbaycan-İsrail əməkdaşlığıdır.

Kampaniya aparanlar hesab edirlər ki, Azərbaycan öz xarici siyasi və iqtisadi əlaqələrini Türkiyənin istəyinə uyğun qurmalı və həyata keçirməlidir.

Bu cür absurd mövqe ortaya qoyanların məntiqi ilə Bakı Ankaranın orbitindən çıxmamalıdır.

Bu isə Azərbaycana münasibətdə təhqiramiz, aşağılayıcı, onun müstəqilliyini inkar edən yanaşmadır. Eyni zamanda “Bir millət, iki dövlət” prinsipinin tam təhrif olunmuş interpretasiyasıdır.

Digər tərəfdən, Türkiyənin özünün İsraillə əməkdaşlıq əlaqələrinə dair çoxsaylı fakt ortaya qoyulub və bunların heç biri rəsmi şəkildə təkzib olunmayıb. Belə olduqda Azərbaycana qarşı iradlar niyə ciddiyə alınmalıdır?

Türkiyədə bu proses oktyabrın əvvəlində BMT-nin sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycanın bir nümayəndəsinin zalı tərk etməməsi bəhanəsi ilə daha şiddətli formada yenidən alovlandırıldı.

Bir az keçmiş Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarından sonra isə kampaniya heç vaxt görünməyən qədər sərt və iyrənc şəkildə az qala Türkiyənin informasiya məkanında milli trendə çevrildi.

Azərbaycana və onun rəhbərliyinin ünvanına heç vaxt və heç bir yerdə görünməyən qədər tənqid, təhqir səsləndirildi.

Ankaradan gecikmiş addım

Bu proses bəzi acı həqiqətləri də ortaya çıxardı. Həqiqət isə ondan ibarətdir ki, ayrı-ayrı vaxtlarda müxtəlif problemlər, ikitərəfli münasibətlərdə narazılıqlar, ziddiyyətlər, gərginliklər ortaya çıxdıqda belə heç bir ölkədən Azərbaycana qarşı bu qədər hədyan, bu qədər təhqir olmamışdı. Bu isə Türkiyə cəmiyyətinin xurafata sürükləndiyini, gerilədiyini bir daha nümayiş etdirir.

Bu gün Türkiyə cəmiyyətinin çox ciddi qütbləşmə problemi, daxili ziddiyyətlərlə üz-üzə qaldığını görürük. Hakimiyyət öz məqsədlərinə nail olmaq üçün radikal dindarlığa rəvac verir, dövlətin əsaslarını sarsıdacaq cərəyanlara imkanlar yaradır.

Azərbaycan bu hücumu İrandan gözlədiyi halda, qardaş dediyi Türkiyədən ən pis formada zərbə aldı. Bu zərbəni vuranlar isə hakim AKP və onun yandaşları olan islamçı-nurçu qruplar idi.

Azərbaycanın Ankara və İstanbuldakı səfirlikləri qarşısında altı aksiya təşkil olundu, aksiyalarda Azərbaycanın, onun rəhbərliyinin, xalqının ünvanına ağır ittihamlar və təhqirlər səsləndirildi.

Türkiyə mediası və sosial mediası heç bir əsas olmadan hicab mövzusunu təhrif olunmuş formada ərəb dünyasının informasiya məkanına daşıdı və bu arealda anti-Azərbaycan kampaniyasının əsas səbəbkarı oldu.

Rəsmi Ankara isə bu prosesə çox gec müdaxilə etdi və hansısa addımlar atmağa çalışdı. Lakin bu addımlar o qədər də effektiv olmadı. Əgər Ankara bu addımları vaxtında atsaydı, qızışdırıcılıq bir yana, seyrçi mövqe tutmasaydı, vəziyyət bu yerə gəlib çıxmazdı.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, məqsədyönlü və ardıcıl kampaniyalar nəticəsində artıq Türkiyədə Azərbaycana qarşı qeyri-sağlam münasibət və yaxşı olmayan ab-hava formalaşıb.

Bu münasibətlərin sağlam məcraya qaytarmaq isə o qədər də asan olmayacaq.

Diplomatiyada hər şey qarşılıqlıdır

Yenidən qayıdaq Prezident İlham Əliyevin sabah Ankarada keçiriləcək TDT Sammitinə qatılmamasına… Burada qeyri-adi, böyüdüləcək bir şey yoxdur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 2024-cü ilin iyulunda TDT-nin Şuşada keçirilmiş qeyri-rəsmi Sammitində iştirak etməmişdi. Səbəb olaraq isə Ərdoğanın həmin vaxt futbol üzrə dünya çempionatında Türkiyə və Hollandiya millilərinin qarşılaşmasında iştirakı göstərilmişdi. Şuşa Sammitinə Türkiyəni vitse-prezidenti Cevdet Yılmaz təmsil etmişdi.

Bundan başqa, Ərdoğan 2026-cı ilin mayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) da gəlməmişdi. Türkiyə bu mötəbər tədbirdə nazir səviyyəsində təmsil olunmuşdu.

Son olaraq Ərdoğan bu il 15 oktyabrda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) Bakıda keçirilən VII Sammitində də iştirak etmədi. Türkiyəni tədbirdə xarici işlər naziri Hakan Fidan təmsil etdi.

Aydındır ki, bir dövlət başçısının digər ölkədə keçirilən tədbirdə iştirak edib-etməyəcəyini şərtləndirən obyektiv və subyektiv səbəblər var.

Amma diplomatiyada da hər şeyin qarşılıqlı olduğunu unutmaq olmaz. Son proseslərdə Azərbaycan cəmiyyəti Türkiyədə bəzi çevrələrin əsl simasını və niyyətini gördü. Bu isə bəzi məsələlərə yanaşmada mövqe dəyişikliyini zəruri edir. Artıq ikitərəfli münasibətlərdə rasionallıq önə çıxır. Dostluq, qardaşlıq davam etsə də, hər kəsin öz dövləti və öz marağı var.

Qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan Prezidentinin TDT-nin Ankara Sammitində iştirak etməməsi tamamilə düzgün qərardır.

Lakin bu, o demək deyil ki, Azərbaycan TDT-dən çəkilir və ya bu çərçivədə fəaliyyətini səngidir.

Nəzərə alınmalıdır ki, Azərbaycan TDT-nin qurucularından biridir, təşkilatın inkişafı, fəaliyyətinin genişləndirilməsi üçün böyük səylər göstərib, bundan sonra da səylərini davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Oktyabr 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see644

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see407

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see350

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see262

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see255

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see252

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see236

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see229

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see228

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see219

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see214

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see204

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see200

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see200

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see198

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see196

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see189

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see188

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see180

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri