Icma.az
close
up
RU
Prezident İlham Əliyevin AMEA nın yubileyindəki çıxışı elmi ictimaiyyət üçün mühüm tövsiyələrdir ŞƏRH

Prezident İlham Əliyevin AMEA nın yubileyindəki çıxışı elmi ictimaiyyət üçün mühüm tövsiyələrdir ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi və tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən iştirakı Akademiyanın dövlətimiz, xalqımız üçün necə böyük əhəmiyyət kəsb etməsinin əyani ifadəsidir. Dövlətimizin başçısı tədbirdə dərin məzmunlu çıxış edərək Azərbaycan elmi ilə bağlı fikirlərini bölüşüb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında AMEA-nın keçdiyi yoldan bəhs edərək indiyədək görülən işləri dəyərləndirib.

Prezident İlham Əliyev, eyni zamanda, elm ictimaiyyəti qarşısında dayanan vəzifələr barədə tövsiyələrini verib: "Bu tövsiyələr elmi ictimaiyyətin gələcək fəaliyyətinə istiqamət verəcək”.

Dövlətimiz başçısının çıxışında vacib məqamlardan biri azərbaycanlıların tarixi, dədə-baba yurdlarına qayıtmasıdır. Prezident İlham Əliyev vurğulayıb ki, azərbaycanlıların hazırkı Ermənistana qayıdışı erməni xalqı və dövlətinə heç bir təhlükə yaratmır. Çünki azərbaycanlılar yaşadıqları ölkələrin inkişafına töhfə verən və heç bir problem yaratmayan vətəndaşlardır.

Qərbi azərbaycanlıların geri qayıdışı regionda davamlı sülh və etimadın bərqərar olması üçün mühüm amildir. Azərbaycanlılar yalnız öz doğma yurdlarına dönmək istəyirlər. Azərbaycan xalqı heç vaxt separatizm, etnik təmizləmə və ya revanşizm siyasəti ilə tanınmayıb. Dövlətçilik fəlsəfəmiz multikulturalizm, tolerantlıq və qonşuluq prinsipləri üzərində qurulub. Bu səbəbdən Azərbaycan dövləti Qərbi azərbaycanlıların qayıdışını sülh çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həyata keçirməyi hədəfləyir. Ermənistan dövləti isə bunu qorxu yox, qarşılıqlı etimadın bərpası üçün imkan kimi dəyərləndirməlidir.

Çünki bir xalqın tarixi hüququ tanınmadan, əzəli yurduna qayıtmasına şərait yaradılmadan bölgədə real sülhdən danışmaq mümkün deyil. Dövlətimizin başçısının dediyi kimi, "azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar".

Onun sözlərinə görə, “Qayıdış prosesi həm də elmi, mədəni və ictimai mübarizədir. Tarixi saxtalaşdırmalara qarşı elmi faktlarla cavab verilməli, arxiv sənədləri, xəritələr, etnoqrafik məlumatlar üzə çıxarılmalıdır”, - deyən Samir Vəliyev əlavə edib ki, Azərbaycan tarixinin düzgün yazılması, onun təbliği və gənc nəslə çatdırılması strateji məsələdir. Gənclər bilməlidirlər ki, bugünkü müstəqil Azərbaycanın gücü, bütövlüyü və suverenliyi əsrlərlə aparılan mübarizənin nəticəsidir. Bu istiqamətdə daha çox elmi əsərlərə, sənədli filmlərə, kitabçalara və sərgilərə ehtiyac var. Hər bir məktəbdə, universitetdə, kitabxanada Qərbi Azərbaycan tarixi ayrıca öyrədilməlidir. Gənclər anlamalıdırlar ki, qayıdış ideyası təkcə fiziki deyil – həm də mənəvi və milli dirçəlişin simvoludur. Doğrudur, bu yöndə elmi əsərlər, kitablar yazılır. Amma Prezident İlham Əliyevin dediyi kimi, bütün bunlar daha çox olmalıdır. Ona görə də, elmi ictimaiyyət dövlət başçısının bu mövzu ilə bağlı tövsiyələrini öz fəaliyyətlərində prioritet kimi qəbul etməlidir.

“Azərbaycanlıların indiki Ermənistana, yəni öz dədə-baba yurdlarına qayıdışı revanş yox, tarixi ədalətin bərpasıdır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına dönməsi regionda real və davamlı sülhün əsas şərtlərindən biridir. Ermənistan xalqı və dövləti bundan ona görə qorxmamalıdır ki, bu qayıdış sülh, birgəyaşayış və ədalət ideyasına əsaslanır”, -deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri