Icma.az
close
up
RU
Deputat: Prezident İlham Əliyevin AMEA nın yubiley yığıncağındakı çıxışı elm ictimaiyyəti üçün yol xəritəsidir

Deputat: Prezident İlham Əliyevin AMEA nın yubiley yığıncağındakı çıxışı elm ictimaiyyəti üçün yol xəritəsidir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Müasir dövrdə sürətlə inkişaf edən rəqəmsallaşma prosesi, süni intellekt texnologiyalarının geniş tətbiqi, kibertəhlükəsizlik problemlərinin aktuallaşması, kosmik tədqiqatlar kimi sahələrdə rəqabətin artması cəmiyyətlərin elmi potensialının gücləndirilməsini vacib edir. Eyni zamanda, milli təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın dayanıqlı inkişafı, hərbi-sənaye kompleksinin modernləşdirilməsi və sosial rifahın yüksəldilməsi kimi strateji məqsədlərin reallaşdırılması da məhz elmə olan tələbatı daha da artırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, müasir dünyada ölkələrin inkişafını artıq təbii sərvətlər deyil, intellektual potensial, texnoloji imkanlar və elmi tərəqqi şərtləndirir. Dövlətimiz daim elm sahəsinə sərmayə qoyuluşunu prioritet məsələ hesab edir. Azərbaycanda elmin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim dövlətin diqqət mərkəzində olub. 1990-cı illərin əvvəllərində Azərbaycanı ağır böhrandan xilas edərək inkişaf və tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan elminin inkişafını təmin edib”, - deyə deputat qeyd edib.

Elm və intellektual potensialın davamlı şəkildə artırılmasının dövlətimizin strateji prioritetlərindən olduğunu söyləyən deputat qeyd edib ki, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artırılıb. elmin maddi-texniki bazası yenilənib, institutlar təmir edilib, Elm Fondu təsis olunub. Elmin inkişafı üzrə Milli Strategiya, Dövlət Proqramı, “Elm haqqında” Qanun qəbul edilib ki, bunlar da elmi inkişafın institusional əsasını möhkəmləndirib.

Dövlətimizin başçısının nəticəyə hesablanmış siyasəti sayəsində son on ildə Azərbaycanın böyük inkişaf yolu qət etdiyini söyləyən Mircəlil Qasımlı qeyd edib ki, bu gün qloballaşan dünya ölkəmizin qarşısında yeni məqsədlər qoyur. Rəqəmsallaşma və süni intellekt texnologiyaları ölkəmizin strateji inkişafında xüsusi rol oynayır. Bu sahələrdə dövlət səviyyəsində mühüm addımlar atılır, elm və innovasiya strukturlarının fəaliyyəti genişləndirilir. Təbii ki, elmi nailiyyətlərin praktik sferada tətbiqi dövlət siyasətinin əsas hədəflərindəndir. Hərbi-sənaye kompleksinin inkişafı, geologiya, kibertəhlükəsizlik, bərpaolunan enerji sahəsində tədqiqatlar elm–istehsalat əlaqələrinin aktuallığını daha da artırır. Beləliklə, milli təhlükəsizliyin, sosial rifahın, iqtisadi tərəqqinin əsas təminatçısı olan elm Azərbaycanın dayanıqlı inkişafında mühüm rola malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri