Icma.az
close
up
RU
İlham Əliyevin AMEA nın 80 illik yubileyindəki çıxışı bizim üçün bir yol xəritəsi oldu Deputat

İlham Əliyevin AMEA nın 80 illik yubileyindəki çıxışı bizim üçün bir yol xəritəsi oldu Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son illər Azərbaycan dilinin saflığının və leksik zənginliyinin qorunması məsələsi cəmiyyətin, elmi və siyasi dairələrin diqqət mərkəzindədir. Dövlət bu istiqamətdə addımlar atsa da, sürətlə dəyişən informasiya mühiti dil qarşısında yeni çağırışlar yaradır.

Bir müddət əvvəl Milli Məclisdə Azərbaycan dili üzrə xüsusi komissiyanın yaradılması təklifi səsləndirilmişdi. İdeya dilin inkişafına və düzgün istifadəsinə nəzarətin gücləndirilməsi baxımından müsbət qarşılanmışdı. Lakin hələ də bu istiqamətdə konkret addımlar atılmayıb.

Bəs indi belə bir komitənin yaradılması ehtimalı varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bizim üçün bir yol xəritəsi oldu:

"Çox önəmli, vacib məqamlara toxunuldu. Sizin qeyd etdiyiniz kimi, bu gün dünyada çox ciddi proseslər getməkdədir və bu proseslər hər birimizi narahat edir. Bu gün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri də dilimizin saflığının qorunması, eyni zamanda leksik zənginliyinin qorunması və bu istiqamətdə addımların atılmasıdır. Bu gün hesab edirəm, o missiya alimlərimizin üzərinə düşür. Bu gün AMEA-nın Dilçilik İnstitutunda bu işlərlə bağlı işlər gedir və gələcəkdə də gedəcək. Eyni zamanda akademiya sistemi, universitetlərimiz, ən başlıcası isə hesab edirəm ki, mediamız bu prosesdə fəal olmalıdır".

Millət vəkilinin sözlərinə görə, eyni zamanda bu, yalnız bir strukturdan asılı məsələ deyil:

"Milli Məclisdə zaman-zaman bu məsələ ilə bağlı məqamlar qaldırılır, gələcəkdə də qaldırıla bilər və qaldırılacaq. Burada ən vacib, ən önəmli nüanslardan, məqamlardan biri odur ki, bu istiqamətdə hər kəs çalışmalıdır. Milli Məclisə gəldikdə isə qeyd elədiyim kimi, Milli Məclisdə tez-tez bu istiqamətdə - dilimizin saflığının qorunması ilə bağlı biz çağırışların şahidi olmuşuq. Bu istiqamətdə ölkə rəhbərinin mühüm çağırışları var. Alimlərimiz, xüsusilə mətbuatımız bu məsələlərdə çox həssas və diqqətli olmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri