Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri Gürcüstanda da rəğbətlə qarşılanıb

Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı fikirləri Gürcüstanda da rəğbətlə qarşılanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 18 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiyi fikirlər təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda, eləcə də qonşu Gürcüstanda böyük sevgi və rəğbətlə qarşılanıb.

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Azərbaycan dili dərsində də məhz bu mövzuda söhbət aparılıb, Azərbaycan Prezidentinin çıxışından fraqmentlər nümayiş etdirilib, dövlət başçısının fikirləri müəllim, tələbə və şagirdlərə izah olunub. Mərkəzin müəllimləri şagirdlərin Azərbaycan dilini öyrənmələrinin vacibliyini bir daha qeyd ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanda yaşayan soydaşlarmızın dövlətimizin başçısının Azərbaycan dili ilə bağlı fikirlərinə münasibətini öyrənib.

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbəri Rezo Həsənov deyib ki, Gürcüstanda Azərbaycan dilinin soydaşlarımıza mükəmməl öyrədilməsi qarşıda duran əsas vəzifələrdn biridir. “Şagirdlərimizə ana dilimizi daha yaxşı və mükəmməl öyrətmək üçün müxtəlif kurslar təşkil edilir, kitabxanalar yaradılır, müxtəlif kitablar, dərsliklər əldə olunur. Məktəblərdə Azərbaycan dili və ədəbiyyatını öyrətmək üçün Azərbaycanın Elm və Təhsil Nazirliyi hər il dərsliklər göndərir. Lakin bu azdır və biz də müxtəlif mərkəzlər vasitəsilə soydaşlarımıza ana dilimizi öyrədirik”, - deyə R.Həsənov bildirib. O deyib: “Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışını böyük qürur və iftixar hissi ilə qarşıladım. Azərbaycan Prezidentinin söylədiyi fikirlər bizim üçün həm bir çağırış, həm də ilham mənbəyidir. Dövlət başçısı Azərbaycan dilinin böyüklüyünü, zənginliyini, dünya mədəniyyəti üçün vacibliyini bir daha hamıya bəyan etdi. Biz bundan sonra Azərbaycan dilinin daha yaxşı təbliği və tədrisi üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin nəzdində Milli Kitabxana yaradılıb. Kitabxanın əsas məqsədi rayon mərkəzində və ətraf kəndlərdə yaşayan sakinlərə ana dilimizi, qüsursuz və təmiz şəkildə öyrətməkdir. Kitabxanada müxtəlif dərs vəsaitləri, həmçinin ana dilimizlə bağlı kitablar toplanıb. Bundan əlavə, mərkəzdə müxtəlif oxu klubları da fəaliyyət göstərir. Kitabxanaya AZƏRTAC-ın Gürcüstandakı nümayndəliyinin dəstəyi ilə 30-dən çox kitab hədiyyə olunub. Bu kitablar ana dili və ədəbiyyatın öyrədilməsində mühüm rol oynayır.

Bolnisi rayonu Faxralı məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva da Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı fikirlərini yüksək qiymətləndirir: “Prezident İlham Əliyevin AMEA-dakı çıxışı bir Gürcüstan vətəndaşı, bir soydaş olaraq məni çox qürurlandırdı. Əslində, bu fikilər dövlət başçısının kənarda yaşayan azərbaycanlılara qayığsıdır və onun dilimizin saflığının, təmizliyinin qorunması üçün narahatlığıdır. Mən də bir ədəbiyyat müəllimi olaraq, bir azərbaycanlı olaraq şagirdlərimə bu dili sevdirməyə çalışıram”.

“Biz heç bir halda yad ifadələrin dilimizə, leksikonumuza daxil olmasına yol verməməliyik, çünki dilimiz varsa, biz də varıq”, – deyə F.Əliyeva bildirib.

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə ikinci təhsil alan Sona Tağıyeva deyir: “Bolinisi sakiniyəm və orta məktəbdə oxuyuram. Azərbaycan dilini yaxşı öyrənmək üçün mərkəzdə ikinci təhsil alıram. Burada Azərbaycan dilinin incəliyini, saflığını və qrammatikasını daha dərindən və daha qüsursuz öyrənməyə çalışıram. Əminəm ki, öz uğurlarımla Gürcüstana layiqli vətəndaş və tarixi vətənim olan Azərbaycana layiqli soydaş olacağam”.

“Ana dilimiz milli kimliyimizdir”. Bu fikiləri isə Azərbaycanın Batumidəki baş konsulluğunun nəzdində fəaliyyət göstərən “Bazar günü” məktəbinin müəllimi Aynurə Quluzadə deyib. Onun sözlərinə görə, dil hər bir xalqın milli kimliyinin, mədəniyyətinin, mənəvi dəyərlərinin, adət-ənənələrinin ən mühüm daşıyıcısıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bizim milli varlığımızın, dövlətçiliyimizin və mənəvi birliyimizin əsas sütunlarından biridir.

“Bu dəyərin qorunmasında hər bir azərbaycanlı məsuldur. Ancaq ən böyük və əvəzolunmaz rol bizim - Azərbaycan dili müəllimlərinin üzərinə düşür”, – deyə A.Quluzadə vurğulayıb. O deyb ki, Azərbaycan dili müəllimi sadəcə fənni tədris edən şəxs deyil, o, həm də milli kimliyimizin qoruyucusudur. Müəllimin peşəsinə sevgi, məsuliyyət və dilə hörmətlə yanaşması gələcək nəsillərin də dilimizi sevməsinə, hörmətlə yanaşmasına və qorumasına səbəb olacaq.

“Ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların üzərinə ikiqat məsuliyyət düşür. Bu, eyni zamanda, çox dəyərli bir missiyadır. Xarici ölkədə uşaqlara və ya gənclərə Azərbaycan dilini öyrətmək daha çətin olur, çünki onların gündəlik həyatı başqa dil mühitində də keçir. Ancaq unutmayaq ki, ən təsirli dil tədrisi evdən başlayır. Uşaqlar üçün ana dilinin “ev dili" kimi qalması vacibdir. Çünki dil sevgisi məktəbdə yox, ananın səsindən, laylasından başlayır. Valideyin uşağına Azərbaycan dilində kitab oxuyarsa, nağıl danışarsa, təbrikini, duasını ana dilində söyləyərsə və dilindən qürurla danışarsa onda o uşaq heç vaxt dilini unutmayacaq. Uşaq üçün dil yalnız ünsiyyət vasitəsi deyil, sevginin və bağlılığın dilidir. Uşaqlarımıza aşıladığımız əsas məqsəd harda yaşamasından asılı olmayaraq Azərbaycan dilini sevərək öyrənsinlər, onu gələcək nəsillərə ötürsünlər, öz köklərinə, dilinə və mədəniyyətinə sahib çıxsınlar”, – deyə A.Quluzadə bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri