Icma.az
close
up
RU
Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində keçirilən III Şuşa Qlobal Media Forumunda "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda çıxışı və jurnalistlərin suallarına cavabları dünya mediasının diqqət mərkəzindədir.

Belə ki, Çinin "Sinxua" xəbər agentliyi "Azərbaycan Prezidenti Çinlə yüksək səviyyədə qarşılıqlı etimadı alqışlayır" başlığı ilə məqalə dərc edib.

Nəşr Prezident İlham Əliyevə istinadən yazır ki, Azərbaycan və Çin iki mühüm sənəd qəbul edib və imzalayıblar. Keçən il bu, Strateji Tərəfdaşlıq, bu il Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamə idi. Bundan əlavə, məqalədə qeyd olunur ki, Bakı Sədr Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünü əvvəldən dəstəkləyib və artıq Azərbaycan ərazisində müvafiq nəqliyyat və logistika infrastrukturu hazırlanıb.

Çinin kütləvi informasiya vasitələri, o cümlədən "Sina", "Guangcha", "163.com" və digər KİV-lər də Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşlar üçün qarşılıqlı vizasız rejim haqqında sazişin qüvvəyə minməsinin vacibliyi barədə məlumat yayıblar. Sənəd apreldə Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanıb. Qeyd edilir ki, bu saziş şəxsiyyətlərarası təmasların möhkəmlənməsinə, eləcə də hər iki ölkənin tələbələri və sahibkarları arasında əlaqələrin inkişafına töhfə verəcək.

Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın Tayvanla bağlı mövqeyinə dair dediyi sözlər də yer alıb. "Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan "vahid Çin" siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur", - nəşrlər dövlət başçısından sitat gətirib.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı Yaponiya mətbuatında da geniş işıqlandırılıb. "Tokyo-np", "Newseveryday", "Sankei Shinbun", "Newspick", "Okinawatimes", "47News", "Net Nihonkai" və digər nəşr və portallarda AZAL-ın təyyarəsinə dair insidentlə bağlı dövlət başçısının bəyanatlarına istinad edən materiallar dərc edilib, həmçinin Rusiya tərəfinin baş verənlərlə bağlı heç bir açıqlama vermədiyi də qeyd edilibb.

Fransa və Macarıstan KİV-lərində də Prezident İlham Əliyevin çıxışı ilə bağlı materiallar dərc olunub. Fransanın "Euronews" и "RFI" platformalarında, eləcə də Macarıstanın "Economx.hu", "Liner.hu" və "Hvg.hu" xəbər portallarında dərc olunan məqalələrdə AZAL-ın təyyarəsi ilə bağlı insident, habelə beynəlxalq məhkəmələrə təqdim edilmək üçün sənədlər paketinin hazırlanmasına dair rəsmi Bakının mövqeyinə xüsusi diqqət yetirilib.

"Hindustan Times", "Firstpost" и "Tourguidence" kimi Hindistan portalları da Prezident İlham Əliyevin AZAL hadisəsi və bu faciə nəticəsində 38 sərnişinin ölümü ilə bağlı səsləndirdiyi fikirlərə diqqət yetirib.

Vyetnam qəzetləri və "Vietnam Plus", "VnExpress", "Lao Dong", "PLO.vn", "VO.vn", "Bao Nghe An" kimi xəbər portalları nəşrlərində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması məsələlərinə dair Prezident İlham Əliyevin bəyanatlarından sitat gətiriblər.

Çilinin "El Periodista", "El Vinotinto", "Inoticias" və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, eləcə də Bakının iqlim gündəmi və bərpa olunan enerjinin inkişafı sahəsində təşəbbüsləri ilə bağlı bəyanatları yer alıb.

"Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq. Yeri gəlmişkən, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik", - nəşrlər Prezident İlham Əliyevdən sitat gətiriblər.

İsveçrənin SWI nəşri AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevin sözlərinə diqqət yetirir.

Belə ki, dərc olunan məqalədə Prezident İlham Əliyevin sözlərinə istinadən qeyd olunur ki, Azərbaycan AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədir.

Pakistanın Islamabad Post qəzeti Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışının tam mətnini dərc edib.

Philippine News Agency-nin dərc etdiyi materialda vurğulanır ki, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Xankəndidə açılmış Konqres Mərkəzində 150-dən çox xarici KİV nümayəndəsini bir araya gətirən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.

"Bu il forum "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" devizi altında keçirilir və qlobal media və rəqəmsal kommunikasiyalar sahəsində mövcud çağırışları və imkanları müzakirə etmək üçün beynəlxalq jurnalistləri, media menecerlərini və siyasətçiləri bir araya gətirir", - məqalədə qeyd edilib.

Honq-Konq-un Bauhinia Magazine jurnalının buraxılışı Prezident İlham Əliyevin Çinlə münasibətlərlə bağlı sözlərinə diqqət yetirir. Dövlətimizin başçısının iki ölkə arasında qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiyi vurğulanır.

La Radio del Sur (Venesuela) AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevin sözlərini sitat gətirir. Qeyd olunur ki, Bakı AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsində israrlıdır.

NewTalk (Tayvan) qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Azərbaycan Moskvadan öz təqsirini rəsmən etiraf etməyi, günahkarların məsuliyyətə cəlb edilməsini, həlak olanların və yaralananların ailələrinə təzminat ödəməsini, habelə məhv edilmiş təyyarənin dəyərinin ödənilməsini tələb edir.

İordaniyanın Jordan News Agency nəşri media forumunun əhəmiyyətinə xüsusi diqqət yetirir.

"Prezident İlham Əliyev forumda çıxış edərək qeyd edib ki, bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var", - məqalədə vurğulanıb.

Sharjah 24 (BƏƏ) və Emirates News Agency - WAM tərəfindən dərc edilmiş materiallarda vurğulanır ki, forum rəqəmsal transformasiyaların mediaya təsirini, məzmunun yaradılması və yayılmasında müasir texnologiyaların artan rolunu, eləcə də dəqiq və etibarlı informasiyaya çıxışın təmin edilməsində media savadlılığının əhəmiyyətini müzakirə etməkdir.

"Görüş zamanı Prezident İlham Əliyev texnologiyaların sürətli inkişafına vaxtında reaksiya verilməsinin vacibliyini vurğulayıb, süni intellektin bütün sahələrdə, xüsusilə də mediada rolunun artdığını qeyd edib. Dövlət başçısı Azərbaycanın regional və beynəlxalq əlaqələri, xarici siyasət və beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunub", - məqalələrdə qeyd olunub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 İyul 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri