Prezident Kuboku 2026ya bu gün yekun vurulacaq
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün yekun vurulacaq.
Bakıvaxtı.az xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində sonuncu mükafatçılar bəlli olacaq.
Ötən gün Azərbaycan təmsilçilərindən Azər İlyasov akademik avarçəkmədə birnəfərlik qayıqla 1500 metr məsafəyə (2008–2009 təvəllüdlü idmançılar) yürüşdə qızıl medal əldə edib. Əlimurad Hacızadə birnəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci olub. Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü ikinəfərlik kayak qayığında (2010–2011 təvəllüdlü idmançılar) 500 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar.
Həmçinin Niyaz Malikov – İvan Vorobyanski cütlüyü 2 nəfərlik kayakda 1000 metr məsafəyə yürüşdə (2008–2009 təvəllüdlü idmançılar) bürünc medala sahib çıxıblar.
Daha əvvəl isə Əlimurad Hacızadə birnəfərlik kayakda 200 metr məsafəyə mübarizədə gümüş əldə etmişdi.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















