Icma.az
close
up
RU
Prezident Məsud Pezeşkian: Qonşularla yaxın münasibət qurmaq İranın əsas prioritetlərindəndir

Prezident Məsud Pezeşkian: Qonşularla yaxın münasibət qurmaq İranın əsas prioritetlərindəndir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Prezidenti xalqlarımıza sakit və rahat həyat yaradılmasının vacibliyini vurğuladı

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Televiziyasına eksklüziv müsahibəsində Bakıya ilk rəsmi səfərindən, bununla bağlı gözləntilərdən, iki qonşu dövlət və xalq arasında sıx əlaqələrin yaradılması zərurətindən danışıb, eləcə də bir sıra maraqlı mesajlar verib.

Onun sözlərinə görə, bu səfər dost və qardaş Azərbaycanın Prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə həyata keçirilir: “Biz, həmçinin Azərbaycandakı yaxınlarımızla görüşməkdə maraqlıyıq. Orada özümüzü qərib hesab eləmirik”.

“Sevincimizə və qəmimizə şərik olmuşuq”

Bakıya gəlişinin böyük əhəmiyyət kəsb etdiyini deyən İran Prezidenti bu səfər çərçivəsində iş adamları, sənayeçilər və alimlər Azərbaycandakı tərəfdaşları ilə danışıqlar aparacaqlarını, əlaqələri genişləndirməyə çalışacaqlarını qeyd edib: “İki ölkə dərin tarixi, mədəni və mənəvi bağlara malikdir. Biz böyük tarixi bölüşmüşük, amma aramızda sərhəd var. Buna baxmayaraq, şad və çətin günlərimizdə bir-birimizə şərik olmuşuq. Bu mənada, qonşularla yaxın münasibətdə olmaq İranın əsas prioritetlərindən biridir”.

M.Pezeşkian Azərbaycana səfərində, Prezident İlham Əliyevlə görüşündə bu amilin öz təsdiqini tapacağına, xalqlar arasında qardaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Azərbaycanlı jurnalistin Bakıda müzakirə olunacaq məsələlərin çeşidi ilə bağlı sualına cavabında İran lideri dedi: “İki qonşu, qardaş ölkə nə etməlidir? Malik olduğumuz potensialımız və qabiliyyətimizlə elm, sənaye, ticarət sahələrində yaxın əlaqələr qura bilərik. Qonşular kimi bir-birimizə çox köməyimiz dəyə bilər. İki ölkə arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verməli və irəli getməliyik”.

“Bütün sahələr üzrə əməkdaşlıq genişlənəcək”

“Bu taylı, o taylı bir-birimizlə qohumuq və sıx əlaqələrimiz, təmaslar öz töhfəsini verməkdədir. Ona görə bütün yolları açmalıyıq. Biz hər iki xalq üçün sakit və rahat həyat yarada bilərik” – deyə bildirən M.Pezeşkian növbəti sualın cavabında ikitərəfli əməkdaşlıqla bağlı heç bir məhdudiyyətin nəzərdə tutulmadığını diqqətə çatdırdı. O, parlamentlərarası əlaqələrin, universitetlərarası mübadilələrin genişlənməsini də irəliyə doğru addım sayıla biləcəyini nəzərə çatdırdı: “Səhiyyə sahəsində dava-dərman təchizatı ilə bağlı əməkdaşlıq edə bilərik. Yəni bu sahədə də müsbət əməkdaşlıq üçün imkanlar mövcuddur”.

İki ölkə arasında əməkdaşlığın coğrafiyasının genişlənməsindən danışan İran Prezidenti belə mübadilələrin qarşılıqlı əlaqələrin bütün sahələrdə inkişafına, böyüməsinə səbəb olacağını, ümumi təcrübəni bölüşmənin tərəflərə yalnız fayda gətirəcəyini söylədi.

“Beynəlxalq hüquqa riayət olunması vacibdir”

Azərbaycan–Ermənistan arasında davam edən sülh danışıqlarından, münaqişənin aradan qaldırılmasının vacibliyindən, eləcə də Zəngəzur dəhlizindən söz açan Pezeşkian bu zaman beynəlxalq hüquqa riayət olunmasının vacibliyini qeyd edib: “Bu məsələlər həm Azərbaycanın, həm də Ermənistanın hüquqları əsas götürülərək həll olunmalıdır. Həm də iki ölkə arasında ticarət əlaqələrinin bərpası ilə birbaşa bağlıdır. Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin yaradılmasına biz təşəbbüs göstərmişik. Həmin layihə bu gün böyük sürətlə həyata keçirilməkdədir”.

Pezeşkian qeyd edib ki, İran da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin yaradılmasına şərait yaradıb: “Bu gün bizim köməyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılmasına təşəbbüs göstərmişik. Layihə bu yaxınlarda həyata keçiriləcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında İran ərazisindən keçməklə əlaqənin yaradılmasında heç bir problem olmayacaq”.
“İki ölkənin xalqları üçün dinc və firavan həyat yaradaq”

AzTV əməkdaşının İran Prezidentinə verdiyi suallardan biri də rəsmi Tehranın BMT, İslam Əməkdaşlıq Təşkilatı, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda Bakıdan gözləntiləri barədə oldu. M.Pezeşkian suala cavabında qarşılıqlı normal əlaqələr qurulduqdan sonra sadalanan təşkilatlar çərçivəsində yaxın əməkdaşlığı növbəti addım kimi qiymətləndirdi.

Bunun ardınca M.Pezeşkian ölkəsi ilə Azərbaycan arasındakı münasibətlərdən danışarkən qeyd edib ki, Azərbaycan və İran bir-birinə böyük kömək göstərə bilər. İran dövlətinin başçısı jurnalistin ikitərəfli əlaqələrin uğurlu perspektivi üçün nə etməli? Sualını cavablandırarkən qeyd edib ki, Azərbaycanla İran arasında əməkdaşlıq imkanları genişdir: “İki qonşu və qardaş xalq nə etməlidir? Biz ölkələrimiz arasında möhkəm əlaqələr qurmaq üçün bir araya gəlib əməkdaşlıq edə bilərik. Universitetlər arasında əlaqələri inkişaf etdirə, ticarət əlaqələrini müzakirə edə bilərik”.

Qarşılıqlı təmasların əlaqələri gücləndirəcəyini bildirən İİR lideri bu səfərləri asanlaşdırmaq üçün yolların açılmasının vacibliyini önə çəkdi: “Biz bir-birimizə kömək edib hər iki ölkənin xalqları üçün dinc və firavan həyat yarada bilərik”. Müsahibədə İran Prezidenti Azərbaycana səfərindən məmnunluğunu və iki ölkə arasında möhkəm əlaqələrin qurulmasına, xüsusilə ticarət və sənaye sahələrində birgə layihələrin inkişaf etdirilməsi istiqamətində müsbət addımların atılacağına ümid etdiyini bildirib.

“Bu şeir həyatı əks etdirir”

Jurnalistin “Məhəmmədhüseyn Şəhriyarın şeirlərinə tez-tez müraciət edirsiniz. Bu, sizin üçün duyğularınızın, yoxsa yaratmaq istəyinizin ifadəsidir? Bəs bu məqamda hansı şeirindən bir parça söyləmək istərdiniz?” – sualına cavabında Məsud Pezeşkian Şəhriyarın çox şeirlər yazdığını, amma onların arasında “Heydərbabaya salam” poemasının həyatı olduğu kimi əks etdirdiyini bildirdi. O, ölkəmizə və xalqımıza hörmət əlaməti olaraq Azərbaycan dilində Şəhriyarın “Heydər babaya salam”ından bir parçanı səsləndirdi:

Heydər baba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.

Bu şeiri oxuduqdan sonra Azərbaycandakı bacı-qardaşlarına canı-dildən sevgi bəslədiyini dilə gətirən Pezeşkian onlara başucalığı, izzət və mərhəmət arzuladığını bildirdi.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri