Icma.az
close
up
RU
Prezident onunla şəkil çəkdirmək istəyəni “gədə” adlandırdı Böyük Manipulyator

Prezident onunla şəkil çəkdirmək istəyəni “gədə” adlandırdı Böyük Manipulyator

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əvvəlki yazı

Böyük Manipulyator

8-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

“Le Canardenchaîné” qəzeti 8 dekabr nömrəsində Aleksandr Djurinin Əlcəzairdə Fransa səfirliyindəki rəsmi qəbuldakı iştirakını bütün ölkəyə yayır. Bu məqalədə də, bundan sonra çap olunan məqalələrdə də qeyd olunur ki, Emmanuel Makron Aleksandr Djurinin bu qəbulda iştirakına çox pis baxıb. “Prezident çox narazı görünürdü, hətt a əsəbiləşmişdi”. Bir neçə həftədən sonra Ksaviye Driankurt polisin korrupsiya ilə mübarizə aparan əməkdaşlarına etiraf etdi ki, “biz qəbuldan sonra hotelə qayıdanda, Makron maşında mənə dedi ki, o gədə hələ mənimlə şəkil də çəkdirmək istəyirdi”.

Fransa səfirliyindəki qəbuldan sonra Əlcəzairin Baş naziri prezident Makronu və fransız deleqasiyasını rəsmi şam yeməyinə dəvət edir. Bu axşam yeməyi 70-ci illərdə tikilmiş məşhur El Orassi hotelinin restoranında təşkil edilir. Qəribə burasındadır ki, Əlcəzairin ən görkəmli bir yerində ucalan bu hotel, həmçinin Aleksandr Djurinin “baş qərargahıdır”. Əlcəzairə gələndə Djuri həmişə bu hoteldə qalır. Buna görə də qətiyyən təəccüblü deyil ki, Fransa prezidentinin Əlcəzairin dövlət nümayəndələri ilə nahar etdiyi böyük salonda Aleksandr Djuri də gözə dəyir. Fransanın Əlcəzairdəki səfirinin versiyasına görə “axşam yeməyinə dəvət olunan qonaqların dəvətnamələri – içində də cənab Djurinin dəvətnaməsi olmaqla – əvvəlcədən hazırlanmışdı. Lakin bu siyahı günorta naharına dəvət olunan qonaqların siyahısından fərqli olaraq Yelisey sarayı tərəfindən təsdiq olunmamışdı”. Yeri gəlmişkən, Yelisey sarayı o vaxt Le Canardenchaîné qəzetinə izahat vermişdi ki: “Onu (Djuri) səfirlik özü dəvət etmişdi... birinci dəfə deyil ki, bu cənab nəyin bahasına olursa, olsun, prezidentə yaxınlaşmağa can atır... Onun israrı Makronu qəzəbləndirir”.

Xarici İşlər Nazirliyinin diplomatlarından (Əlcəzairdəki qəbulda iştirak edənlər də daxil olmaqla) aldığımız versiya isə tamamilə fərqlidir. Onların dediyinə görə, iki siyahı – nahara və axşam yeməyinə dəvət olunan qonaqların siyahısı Yelisey sarayına göndərilmişdi və bu iki siyahının ikisini də prezidentin Əlcəzairə səfərini təşkil edənlərdən biri – Aleksandr Benalla təsdiqləmişdi! Polisin qarşısında Əlcəzairdəki Fransız səfiri Driankurt Yelisey sarayının versiyasını detalları ilə izah edərək əlavə edəcək ki, əslində, Aleksandr Djurinin yaxın dostu olan Xarici İşlər Nazirliyinin baş katibi 64 yaşlı Moris Qurdolt-Montayn ondan şəxsən xahiş etmişdi ki, Djurini də prezidentin şərəfinə verilən axşam yeməyinə dəvət etsin. Moris Qurdolt-Montayn balaca adam deyil, Xarici işlər Nazirliyinin tanınmış bir fiqurdur. Alan Jüppenin keçmiş kabinet rəhbəri, 2002- 2007-ci illərdə Jak Şirakın məsləhətçisi olan bu adam, şəxsən Emmanuel Makron tərəfindən Xarici İşlər Nazirliyinə baş katib təyin olunub, yeri gəlmişkən bu Makronun prezident kimi verdiyi ilk qərarlardan biridir. Bu vəzifədə o, Xarici İşlər Nazirliyi ilə Yelisey sarayı arasında tarazlıq saxlayan əvəzolunmaz bir diplomat kimi tanınır. Məmurlardan birinin dediyi kimi, Moris Qurdolt-Montayn əsl nazirdir. Çevrəsindəki diplomatların karyera qazanmasında böyük rol oynayan bu adamın Aleksandr Djuri ilə dostluğu tez bir zamanda ört-basdır edildi və unuduldu. Aralarındakı yaş fərqinə və baxmayaraq, Moris Qurdolt-Montayn ilə Emmanuel Makron bir-birini mükəmməl tanıyır. Xarici İşlər Naziri Jan-Yv Lö Drianın ətrafı tərəddüd etmədən israr edir ki, Moris Qurdolt-Montaynın nazirliyin baş katibi təyin edilməsində, nazirin heç bir rolu yoxdur. Onu bu strateji posta dövlət başçısı şəxsən özü təyin edib. Onların ikisinə də yaxın olan bir diplomatın dediyinə görə, “Moris Qurdolt-Montayn və Emmanuel Makron çox intim dostdurlar. Onlar tez-tez zəngləşir və fikir mübadiləsi edirlər”.

Düzdür, Moris Qurdolt-Montayn diplomat karyerasında Hüber Vedrin və Dominik dö Villpənt kimi şəxsiyyətlərlə də işləyib. Onu həmişə müdafiə edən bu iki güclü adam Makronun prezident kampaniyası zamanı nəinki gələcək prezidentə dəstək olmuşdular və təbii ki, onun qulağına Moris Qurdolt-Montayn haqqında pıçıldamışdılar. Amma üçüncü bir adam da onun Xarici İşlər Nazirliyinin baş katibi təyin olunmasında böyük rol oynayıb – keçmiş diplomat, həm də Emmanuel Makronla çox yaxın münasibətdə olan Filip For. (Moris Forun oğlu) Dominik dö Villpəntin dostu olan bu adam bir vaxtlar Xarici İşlər Nazirliyinin katibi olanda, Moris Qurdolt-Montayn Yelisey sarayında Jak Şirakın məsləhətçisi idi. Mitteranın vaxtında, ələlxüsus da onun ikinci mandatı dövründə indi Makrona sitayiş edən bu adam, bütün çevrəsini və şəbəkələrini səfərbər etmişdi ki, onlar prezident seçkilərində Jak Şiraka yox, Eduard Balladürə səs versinlər. (Çünki onun rəsmi məsləhətçisi idi) Yelisey sarayında onun kontaktı Mişel Şarass idi. Bütün bunlara görə – polemikaya baxmayaraq – Moris Qurdolt-Montayn rahat yata bilər. Düzdür, bir neçə həftə sonra mətbuatda xəbər yayılır ki, bu adam 2017-ci ilin sentyabrın axırlarında həyat yoldaşı Amanda Qalsvorti (Mitt eran, Şirak və Sarkozi kimi prezidentlərin keçmiş tərcüməçisi) ilə Əlcəzairə şəxsi səfəri zamanı, El Orassi hotelində, Aleksandr Djuri ilə nahar edib. Sonra isə onlar bir yerdə, Tipasa adlanan məşhur arxeoloji bir regiona ekskursiyaya gediblər. Onun başqa bir dostu – Milli İnvestisiya Fondunun prezidenti, Əlcəzair müəssisələrinin maliyyələşdirilməsində əvəzsiz rol oynayan Asen Haddad da bu ekskursiyada iştirak edib. Ancaq bütün bu söz-söhbətə və skandala baxmayaraq, Moris Qurdolt-Montayn öz vəzifəsində qalır. Bəzi keçmiş tanışlıqlar heç vaxt unudulmur. Makron necə bunu bilməyə bilər? Moris Qurdolt-Montayn diplomatik bacarığından necə istifadə edəcəyini yaxşı bilir. 2006-cı ilin aprelində bu diplomat, o vaxt Parisin prefekti Bernard Skorasininin məşhur Bristol restoranında təşkil etdiyi naharda da iştirak edib. Daxili İşlər Nazirliyi ilə Yelisey sarayının iki addımlığında yerləşən bu adlı-sanlı restoranda, ondan başqa stol arxasında Nikola Sarkozi, Aleksandr Djuri və Clod Jan əyləşmişdilər. Prezident seçkilərinə bir neçə ay qalmış, bu adamlar Şirakın və Sarkozinin tərəfdarları arasında yaxın münasibət yaratmağa çalışırdılar.

Ardı var...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri