Icma.az
close
up
RU
Cangüdəni ilə sevişən prezident Böyük Manipulyator

Cangüdəni ilə sevişən prezident Böyük Manipulyator

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəlki yazı

Böyük Manipulyator

31-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

ŞAYİƏLƏRƏ QARŞI MÜBARİZƏ

Bu o deməkdir ki, Brijit Makron seçki kampaniyası zamanı yayılan bəzi “şayiələri” həzm edə bilmədi... Məsələ burasındadır ki, Parisdə çıxan bütün qəzetlərin redaksiyalarında, eləcə də bütün Fransada, bütün ailələrdə stol arxasında söhbət gedir ki, bəs Brijit Makronun əri, əslində, homoseksualdır. Bu söhbət hələ 2015-ci ilin payızından – Emmanuel İqtisadiyyat naziri olanda, onun o zamankı siyasi düşmənləri Manuel Valls ilə Nikola Sarkozi tərəfindən yayılmağa başlayıb. Belə deyirlər ki, guya 2015-ci ilin yayında Emmanuel Makronla onun mühafizə servisindən (SDLP) olan cangüdənlərinin biri arasında intim münasibət olub... Bu söz-söhbət polis komissarlıqlarında, kəşfiyyat xidmətlərində, eləcə də Daxili İşlər Nazirliyində də gedir. Elə ona görə də Benalla məsələsi ortalığa çıxandan sonra bu şayiə daha geniş vüsət aldı. Hamı elə başa düşdü ki, Makronun intim münasibətdə olduğu cangüdən elə Benalla özüdür. Ancaq məsələ burasındadır ki, vaxtilə Yelisey sarayının məşhur missiya icraçısı Aleksandr Benalla, ümumiyyətlə, heç vaxt SDLP mühafizə servisində (SDLP) işləməyib. 2016-cı ilin əvvəlində bu söz-söhbət daha da gücləndi və bir müddətdən sonra “homoseksual” namizədin sevgilisinin kim olduğu da üzə çıxdı. Belə ki, Parisdə xəbər yayıldı ki, bəs Emmanuel Makronun məşuqu Fransa Radiosunun prezidenti və baş direktoru, gənc və yaraşıqlı bir oğlan olan Matiö Qalledir! Əslində, bu ağ yalandır! Fransa Radiosunun baş direktorunun əhatəsində olanlar bu söhbətin cəfəngiyyat olduğunu bilsələr də, əllərindən heç nə gəlmir. Şayiə ayaq açıb nəinki Parisin böyük və kiçik saraylarına, hətta paytaxtın sərhədlərini də keçib tezliklə bütün ölkəyə yayılır...

Beləliklə, təbii ki, Makronlar cütlüyü rahatlığını itirir və ər-arvad qərara gəlir ki, əks hücuma keçsinlər. İqtisadiyyat Nazirliyində təşkil olunan rəsmi qəbulların hər birində Emmanuel ilə Brijit fürsətdən istifadə edib stol arxasındakı qonaqların qarşısında bu məsələni ortaya qoyurlar. “Yəqin, eşitmisiniz də, deyirlər ki, Emmanuel homoseksualdır... bu tamamilə yalandır!”, – deyə bu söhbətlərdən sonra yuxusuna haram qatılan Brijit Makron əsəblə səsini qaldırır. Fransız dili müəlliməsi bir gün yaxın rəfi qələrinin birinə etiraf edir ki, bu söhbətlər onu çox qorxudur. Bir axşam da nazirlə görüşə gələn bir yazıçını liftə qədər müşayiət edəndə, ona şikayətlənir ki: “Bilirsiniz, mən yüz faiz əminəm ki, bu şayiə homoseksualların çevrəsində yaranıb...”. Emmanuel də öz növbəsində jurnalistləri, televiziya müxbirlərini, qəzet redaktorlarını qəbul edəndə söhbət əsnasında bu “şayiəni” qeyd etməyi heç vaxt unutmur. Nazir bu söz-söhbəti boş verə bilmir. Kiminlə görüşür, ona ancaq bu haqda danışır. Onun həmsöhbətləri də hiss edir ki, bu şayiə gənc siyasətçiyə, doğrudan da, çox pis təsir edib. “Bilirsiz, onlar Mitteran kimi məni də mənəvi cəhətdən sındırmaq istəyirlər...”, – deyə Emmanuel həmsöhbətlərindən birinə ürəyini açır.

Başqa birisinə də deyir ki: “Onlar məni sındırmaq istəyirlər, amma mənim gönüm qalındır, sınan deyiləm”. Ancaq məsələ burasındadır ki, onun hər dəfə, hər vəchlə özünə bəraət qazandırması, yeri gəldi-gəlmədi homoseksual olduğunu inkar etməsi axırda əks nəticə verir – yəni şayiələri daha da qızışdırır. “Hiss olunur ki, bu söz-söhbət, həqiqətən də, ona yaman dəyib... o gün düz iyirmi dəqiqə mənimlə bu barədə danışdı... Adama deyərlər ki, soğan yeməmisənsə, için niyə göynəyir? Əgər bu söhbət başdan ayağa yalandırsa, onda nə üçün səhərdən axşama qədər canfəşanlıqla özünü müdafiə edirsən? Onun homoseksual olub-olmamağı heç kimin vecinə deyil. İndi iyirmi birinci əsrdir. Kimi belə şeylə təəccübləndirmək olar?” – deyə onun qonaqlarından biri çiyinlərini çəkir. Görünür, Emmanuel Makronu ən çox narahat edən şey odur ki, camaat onu saxtakarlıqda, yalan danışmaqda günahlandırır. 2016-cı ilin oktyabrında, Mediapart jurnalisti ilə söhbətdə bir neçə dəfə vurğulayır ki: “Mənim gizli həyatım yoxdur...”. Amma bu kifayət eləmir. Bununla belə, Makron bu şayiəni hələ ki, ictimaiyyətin qarşısında açıq şəkildə müzakirə etmir. Ancaq 2017-ci ilin fevral ayının əvvəlində Bobino teatrına yığışmış "Hərəkətdə!" hərəkatının fəalları qarşısında, Makron yarı-zarafat, yarı-ciddi Fransa Radiosunun prezidenti və baş direktoru ilə aralarındakı intim münasibəti inkar edir: “Əgər barda, restoranda kimsə sizə desə və yaxud əgər elektron poçtla kimsə sizə xəbər versə ki, mənimlə Matiö Qalle və yaxud hər hansı bir başqa adam arasında gizli intim münasibətim var, bilin ki, o, mən deyiləm, mənim bədənimdən ayrılan holoqramdır”, – deyə prezidentliyə namizəd aktivistlərin alqışları altında bəyan edir.

Bu sözlər o dəqiqə effekt verir: o gündən başlayaraq sosial şəbəkələrdə Makronun homoseksual olması barədə gəzən şayiələr kəskin şəkildə azalır. Qəribədir ki, Makronun kampaniyasının keçmiş üzvlərindən biri sonradan etiraf edəcək ki: “Biz Fransa Radiosunun prezidentinin adını bilərəkdən, qəsdən ortalığa atdıq. Təbii ki, bu söhbət tamamilə uydurma idi – biz sadəcə olaraq düşmənlərimizi tələyə salmaq və bu absurd şayiəni məhv eləmək üçün onun adından istifadə etdik...”. Bu Matiö Qalleyə qarşı nəinki hörmətsizlik, hətta alçaqlıqdır. Ancaq bu məsələ təəssüf ki, prezidentliyə seçki kampaniyasının lap ilk günlərindən Emmanuel Makronun tərəfdarları tərəfindən həyata keçirilən ilk siyasi biclik olmadı... Bu “yanğını” söndürmək üçün Brijit Makron televiziya və kino dünyasındakı adlı-sanlı dostlarından da istifadə edir. Onun İqtisadiyyat Nazirliyində təşkil etdiyi şam yeməklərinə tez-tez incəsənət sahəsindən olan tanınmış şəxsiyyətlər dəvət olunur. Belə ki, bu qəbullarda onunla birlikdə stol arxasında müğənni Lin Reno, televiziya aparıcısı Bernard Montiel, teatr direktoru Jan-Mark Dümontet, eləcə də Pier Arditi, Evelin Buiks, Fransua Berleand, Fabris Lüçini kimi məşhur aktyorlar oturur. Tanınmış jurnalist Mark-Oliviye Fojiel və homoseksual olduğunu heç vaxt, heç kimdən gizlətməyən yazıçı Filip Besson, televiziya ulduzu Kler Şazal bu qəbulun sabahısı günü öz həmkarlarına, eləcə də şəxsi dostlarına başa salacaqlar ki, Makron ilə Qalle arasındakı intim münasibət söhbəti reallıqdan tamamilə uzaq olan bir fantaziyadır. Mark-Oliviye Fojiel paparazilər kraliçası Mimi Marşandın yaxın dostlarından biridir. Bu sonuncu, Bestimaj foto agentliyinin rəhbəri və Purepeople saytının ortaq səhmdarı, milyarder Ksaviye Nielin vasitəsilə Makron cütlüyünün xidmətində duracaq.

Bunlardan əlavə, Brijit Makron həm də TF1 telekanalının keçmiş məsləhətçisi, Numero 23 və Pink TV telekanallarının keçmiş patronu Paskal Huzelot, eləcə də Jan Lui Borlonun həyat yoldaşı, jurnalist Beatris Şönberq ilə də oturub durur. Bu sonuncu, televiziya jurnalisti Emmanuel Şenlə birlikdə, rejissor Pier Hürelin çəkdiyi Makron, meteor strategiyası sənədli filminin prodüseridir. Bu film 2016-cı ilin payızında France 3 telekanalında yayımlanır. Əri prezident seçiləndən sonra birinci xanım Brijit Makron televiziya, teatr və kino dünyasından olan bu məşhur adamlarla görüşməkdə davam edir. Kraliça sarayda istədiyi kimi əylənir. Onun prezident ərinin bu məclislərdə iştirak etməyə həmişə vaxtı olmasa da, arvadının bu məşhur dostlarına diqqət göstərməkdən, onlara kompliment deməkdən çəkinmir. Belə ki, 2018-ci ilin may ayından etibarən prezident Makron, arvadının homoseksual dostu, yazıçı Filip Bessonu Fransanın Los Anceles şəhərindəki konsulu təyin etmək qərarına gəlir. Bu qərar Xarici İşlər Nazirliyində diplomatların böyük qəzəbinə səbəb olur və nəticədə, dövlət şurası bu qərarı ləğv edir. Hələ bu harasıdır, son kadr dəyişikliyi zamanı Emmanuel Makron çox ciddi şəkildə arvadının başqa bir dostunu, homoseksual jurnalist Stefan Berni Fransanın Mədəniyyət naziri təyin etməyi planlaşdırır.

Ardı var...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see237

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see163

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see142

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri