Icma.az
close
up
RU
Prezident kabinet direktoru axtarışında Böyük Manipulyator

Prezident kabinet direktoru axtarışında Böyük Manipulyator

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əvvəlki yazı

Böyük Manipulyator

24-cü hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

SARKOZİ VƏ MAKRON – OBYEKTİV MÜTTƏFİQLƏR

Sırf məhkəmə sahəsindən kənarda Valls ilə Sarkozinin şəbəkələri arasındakı müharibə 2016-ci ildə, prezident seçkilərindən bir neçə ay əvvəl kulminasiya nöqtəsinə çatacaq. Sarkozi o zaman gözləyirdi ki, sağçılar partiyası adından məhz onu prezidentliyə namizəd kimi irəli sürsünlər. Valls isə öz növbəsində Afrikaya səfərlərini çoxaldır və onu bu səfərlərdə əsli Moritanidən olan İbrahima Diavadoh N’Jim, ya da dövlət katibi Jan-Mari Lö Qen müşayiət edir. Afrika qitəsində onun bu aktivliyi heç kəsin gözündən qaçmasa da, onu ittiham edən olmur. Ancaq qəribə görünsə də, Baş nazirin (Valls) Fransadakı dostlarının bir hissəsi Emmanuel Makronun namizədliyini dəstəkləyir. Düzdür, pərdə arxasında Fransua Holland ilə Manuel Valls bir-biri ilə yüngülvari düşmənçilik aparmaqda davam edirlər. Gənc İqtisadiyyat naziri (Makron) isə onların bu rəqabətindən istifadə edib, yavaş-yavaş özünü irəli verir...  

2012-ci ildə prezident seçkiləri zamanı Holland bütün gücünü-qüvvəsini rəqibi Sarkoziyə qarşı yönəltmişdi. Ondan fərqli olaraq, 2017-ci ildə prezident seçkiləri zamanı Makronun bütün fikri-zikri Manuel Vallsı və onun şəbəkələrini, xüsusilə keçmiş Baş nazirin yaxın dostu, kriminoloq Alan Baueri və onun Daxili İşlər Nazirliyində, eləcə də Müdafiə Nazirliyindəki çevrəsini ələ keçirmək olur. Makronun başı ancaq buna qarışdığından Sarkozi və onun şəbəkəsi müvəqqəti olsa da, rahat nəfəs ala bilir. Göründüyü kimi Makron və Sarkozi obyektiv müttəfiqlərə çevrilirlər! 2016-cı ilin payızında Emmanuel Makronun polis şəbəkələri onun rəqibləri üçün hələ də sirr olaraq qalır. “Makronizmin polisi yoxdur!”, – deyə keçmiş bir sosialist harada gəldi car çəkir. Biz bu sualı müxtəlif yerlərdə, müxtəlif adamlara verdik, ancaq heç kim bizə tutarlı cavab verə bilmədi. Niyə? Ona görə ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də Makron hər şeydən əvvəl köhnə şəbəkələrdən istifadə etdi...

Onun kampaniyasının “təhlükəsizliklə məşğul olan adamı” kim olsa, yaxşıdır? Solçulara rəğbət bəsləyən Jil Sanson adlı möhtəşəm bir polis, Daxili İşlər Nazirliyinin baş müfətt işi (IGA), 1981-ci ildən bəri bu nazirlikdə müxtəlif vəzifələrdə çalışan, həm də Milli İdarəetmə Məktəbinin bitirmiş bir ziyalı! Bu adam Lionel Jospanın Baş nazir olduğu dövrdə yaranan ətraf polisinin bünövrəsini qoyan adamdır...

Hətta Nikola Sarkozi belə çox çalışsa da, onu məhv edə bilməmişdi. Prezidentliyə seçki kampaniyasından bir neçə ay əvvəl, Makron Jil Sansonla tez-tez görüşür, onunla uzun-uzadı söhbətlər edir: “Siz mənə hər şeyi izah edin, mən hər şeyi başa düşmək istəyirəm”, – deyə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan iddialı gənc, təcrübəli polisə müraciət edir. Yalnız 2017-ci ilin fevral ayından, Makronun prezidentliyə namizədliyi rəsmiləşəndən sonra onun Daxili İşlər Nazirliyinin həmkarlar ittifaqı (sindikat) ilə əlaqələri artır. Bəzi gənc polis komissarları onun kampaniyasının proqramını yazmaqda iştirak edirlər. Jandarmeriya rəsmi emissarları namizədin yanına göndərir ki, ona dayaq dursunlar. Juil Sanson öz növbəsində terrorla mübarizə qrupunun şefi , hüquqşünas Mişel Debakla bir yerdə terrorizmlə mübarizəyə həsr olunmuş bir neçə tədbir təşkil edir. “Biz gözləyirdik ki, Makronun seçki kampaniyasını terrorizmlə mübarizə üzərində quraq, amma təəssüf ki, belə olmadı”, – deyə kampaniya iştirakçılarından biri xatırlayır. Məhz bu görüşlər çərçivəsində bir neçə keçmiş nüfuzlu və təcrübəli polis işçiləri Makronun seçki kampaniyasına öz dəyərli məsləhətlərini verir. Bu işdə xüsusi ilə Anj Mançini – 1980 ci illərdə RAID-in ilk rəhbəri, Sarkozinin dövründə Milli Kəşfiyyat Koordinatoru (CNR) olan bir adam daha çox fərqlənir. Mançini 2013-cü ildən Bollore qrupunun daxilində çalışır və əsasən də bir neçə Afrika layihəsinin təhlükəsizliyi ilə məşğuldur. Emmanuel Makron onunla Holland prezident olanda, Yelisey sarayında tanış olmuşdu. Namizəd (Makron) həm də 1990-cı illərin əvvəllərində Daxili İşlər naziri Pier Joksun məsləhətçisi olmuş Rene-Jorj-Qerridən də kömək istəyir. UCLAT-ın (Terrorizmlə Mübarizə Komitəsinin Koordinasiya Bölməsi) keçmiş rəhbəri, 2003-cu ildən özəl sektora keçən, sonra da ardıcıl olaraq Accor, Bollore və indi də Casino üçün işləyən bu adam Sarkozinin şəbəkəsindədir.

KABİNET DİREKTORU AXTARIŞI

Rene-Jorj-Qerri, əvvəlcə, nazirin kabinet direktoru, dövlət müşaviri Kristian Viquru ilə görüşdü. Bu nüfuzlu solçular partiyasından olan məmur, həm də İqtisadiyyat naziri Emmanuel Makronun dövlət suverenliyinə aid məsələlər üzrə rəsmi məsləhətçilərdən biridir. Viquru, sözün əsl mənasında, gənc namizədin sehrinə düşüb. O özü də bir vaxtlar həm Elizabet Qiqunun, (1997-2000-ci illərdə Ədliyyə naziri) həm də Kristian Tobiranın (2012-2016-cı illərdə Ədliyyə naziri) kabinet direktoru olub. Bu iki şəxs bir-birinə qarşılıqlı hörmət bəsləyir. Onların münasibəti o qədər yaxındır ki, kampaniyanın sonunda gələcək prezident (Makron) Kristian Viquruya təklif edir ki, Yelisey sarayında onun kabinet direktoru olsun. Makron eyni təklifi başqa bir dövlət müşavirinə – kampaniya vaxtı onun qrupunda polis-ədliyyə-müdafiə ilə məşğul olan Didier Kasasa da təklif etmişdi. Kristian Viquru və Didier Kasas Makronun onların ikisinə də ayrı-ayrılıqda etdiyi təklifdən xəbər tuturlar... özü də necə: həmin şənbə Viquru Kasasa zəng edir: “Mənə sənin məsləhətin lazımdır. Prezident mənə təklif edir ki, onun kabinet direkto[1]ru olum. Qəbul edim, ya yox?”, – deyə ona sual verir. Kasas qəzəbindən cin atına minir. Təcili Yelisey sarayının gələcək baş katibi Aleksi Kohlerə zəng vurub xahiş edir ki, onu qəbul etsin. Bu sonuncu onun ümidlərini boşa çıxarır: “Sənin prezidentin kabinet direktoru olmağın heç vaxt, heç kim tərəfi ndən nəzərdə tutulmayıb. Əgər istəyirsənsə, sən Baş katibin müavini ola bilərsən... ya da hansısa bir nazirin kabinet direktoru...”. Didier Kasas anlayır ki, o heç vaxt prezidentin kabinet direktoru ola bilməyəcək. Ona görə də sakitcə Buyq Telekom şirkətinə qayıdır. Ancaq təcrübə göstərir ki, ayrı-ayrı adamlara eyni təklifi etmək, axırda pis nəticələnə bilər, yəni bu ikibaşlı oyunda, onların hamısını özündən narazı salan bilərsən. Elə də olur. Didier Kasas oyundan çıxandan sonra Kristian Viquru da öz növbəsində prezidentin təklifini rədd edir. Çünki o başa düşür ki, prezidentin kabinet direktoru Yelisey sarayında ancaq sadə məişət və təsərrüfat işləri ilə məşğul olacaq. Təhlükəsizlik və Müdafiə kimi ciddi məsələlərə, ancaq və ancaq prezident aparatının Baş katibi Aleksi Kohler, prezidentin özü və onların kölgəsində olan adamlar baxacaqlar. Nəticədə, bu vəzifəyə Patrik Strzoda təyin olunur. Vaxtilə Bernard Kazenövun (2014-2016-cı illərdə Daxili İşlər naziri; 2016-2017-ci ildə Baş nazir) kabinet direktoru olan bu adamın taleyində, Yelisey sarayına ayaq basmaq əvvəlcədən yazılmamışdı. Bu keçmiş prefekt Şirakın şəbəkəsindəndir: O, Mişel Barnie (31 mart 2004-31 may 2005-ci illərdə Xarici İşlər naziri, 2007-2009-cu illərdə Kənd Təsərrüfatı naziri, 2009- 2010 illərdə Avropa deputatı) ilə birlikdə 1992-ci ildə qış Olimpiya Oyunlarının təşkili ilə məşğul olub və 1995-2002 illərdə, Jak Şirak prezident olanda, Yelisey sarayının kabinet direktoru olan Bertrand Landriönun yaxın adamıdır. Patrik Strzoda Jak Şirakın vaxtında Paris Polisinin Prefekti olan Mişel Delpüş ilə yaxşı tanışdır. Şirakın şəbəkəsindən olan bu iki tarixi adam, Benalla məsələsi zamanı o qədər də üzə çıxmadılar. Yeri gəlmişkən onu da qeyd edək ki, Strzodanın Yelisey sarayına kabinet direktoru təyin olunması Makronçular sırasında böyük bir sürpriz yaratdı. İnauqurasiya günündən az sonra, Patrik Strzoda Aleksi Kohler və Ismaël Emelien ilə birlikdə Parisin meriyasında keçirilən bir mərasimdə iştirak edir. Emmanuel Makrona, Milli Kəşfiyyat Koordinasiyası və terrorizmə qarşı mübarizə komitəsinə (CNRLT) Pier Busket Florianı təyin etməyi də o məsləhət görür.

Ardı var...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Aprel 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see271

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see130

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri