Icma.az
close
up
RU
Prezident Ştaynmayerin səfəri nədən əhəmiyyətli idi?

Prezident Ştaynmayerin səfəri nədən əhəmiyyətli idi?

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya Federativ Respublikasının prezidenti Frank Valter-Ştaynmayer aprelin 2-də Azərbaycanda səfərdə oldu. Prezident İlham Əliyevlə danışıqlar apardı və hər iki ölkənin prezidenti mətbuat konfransı keçirdilər. Mətbuat üçün birgə bəyanatlarla çıxış etdilər.

Məlumdur ki, Almaniyada federal prezidentin formal səlahiyyətləri elə də böyük deyil; demək olar, simvolik xarakter daşıyır. Federal kanslerin isə daha geniş səlahiyyətləri var. Buna görə kimsə düşünə bilər ki, Almaniya prezidenti kimi Ştaynmayerin səfəri elə böyük əhəmiyyət daşımır.

Ancaq bu, belə deyil. Əvvəla, bundestaqa son seçkilərdən sonra, yəni hazırda Almaniyada yeni hökumətin formalaşdırılması prosesi gedir. Kansler Olaf Şolts hakimiyyətdə son günlərini yaşayır. Ona görə də ölkənin xarici siyasəti ilə bağlı məsələlərdə federal prezidentin aktivliyi daha da artıb. Bir sıra mühüm prioritet məsələlər var ki, onların həlli özünü gözlədə bilməz, gözlətməyi sevmir.

İkincisi, Frank Valter-Ştaynmayer formal səlahiyyətlərinin az, yaxud çox olmasından asılı olmayaraq, nəinki Aımaniya siyasətində, eləcə də, Avropa və dünya siyasətində öz xüsusi çəkisi və təsiri olan şəxsdir. O, uzun müddətdir ki, siyasətdədir, müxtəlif vəzifələrdə olub və Almaniyanın xarici işlər naziri kimi, indi isə prezident olaraq beynəlxalq siyasətdə öz yerini tutub. Bu, təkcə formal səlahiyyətlərin dairəsi ilə müəyyənləşmir. Prezident Ştaynmayer dünya siyasətinin yaşayan patriarxlarından hesab olunur. O, xarici işlər naziri kimi dəfələrlə Azərbaycanda səfərdə olub, sonuncu səfər 2016-cı ilə təsadüf edir. İndi isə Azərbaycana prezident kimi gəlib. Bu, cənab Ştaynmayerin Azərbaycana prezident kimi birinci səfəri olmaqla yanaşı, ümumiyyətlə, Almaniya prezidentini Azərbaycana ilk gəlişidir. Prezident Ştaynmayer prezident İlham Əliyevi yaxşı tanıyır, Azərbaycan-Almaniya münasibətləri, eləcə də, regional və qlobal məsələlərlə bağlı görüşləri, birgə müzakirələri, danışıqları çox olub. Ona görə də bu iki dövlət rəhbəri arasında açıq, rahat, sərbəst və sərrast dialoq var.

Doğrudur, prezident Frank-Valter Ştaynmayer bu dəfə təkcə Azərbaycana gəlməyib; bundan əvvəlki gün Ermənistanda da olub. Buradan da Mərkəzi Asiya ölkələrinə keçir. O, Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri liderlərinin sammitində iştirak edəcək. Ancaq yenə də Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Buna səbəb, prezident Ştaynmayerin özünün də xatırlatdığı kimi, Azərbaycanla Almaniya arasında çox uzun tarixi, insani əlaqələr var. Azərbaycanda xeyli alman yaşayıb. Eyni zamanda Azərbaycan son onilliklər boyu Avropanın, o cümlədən, Almaniyanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynayıb. Almaniya dövlətinin rəhbəri özü də bunu vurğuladı. Bundan başqa o, həmçinin Azərbaycandan keçən, Avropanı, o cümlədən, Almaniyanı Mərkəzi Asiya və Uzaq Şərqlə, Çinlə bağlayan Orta dəhlizin ölkəsi üçün önəmini önə çəkdi. Buna görə Almaniyanın Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu ifadə etdi.

Almaniya prezidentinin Azərbaycana səfəri həm də ona görə ayrıca önəm daşıyır ki, Azərbaycan Cənubi Qafqazın əsas ölkəsidir; bu regionda əsas söz sahibidir. Eyni zamanda üç Cənubi Qafqaz ölkəsi arasında beynəlxalq siyasətdə öz təsirli mövqeyi olan dövlətdir. O səbəbdən, prezident Ştaynmayer Azərbaycanlı həmkarı ilə, sadəcə, ikitərəfli münasibətləri nəzərdən keçirmədi, həmçinin ABŞ-Avropa gərginliyi, Rusiya-Avropa gərginliyi haqda müzakirə apardı. Bu məsələlərə dair prezident Əliyevin mövqeyinə çox önəm verildiyini, Azərbaycanın dəstəyinə ümid edildiyini ifadə elədi. Əlbəttə ki, Almaniya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələri, yeni biznes layihələri də gündəlikdə öz yerini tutur.

Bir sözlə, Almaniya prezidentinin bu səfəri Azərbaycan dövlətinin və dövlət rəhbərinin beynəlxalq siyasətdə söz sahibi kimi yerini müəyyənləşdirir. Eyni zamanda qlobal və Avropa strategiyaları üçün Azərbaycanın vazkeçilməz ölkə olduğunu xüsusi olaraq bir daha vurğulayır.

Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Aprel 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri