Icma.az
close
up
RU
Bu, Ştaynmayerin Azərbaycana ilk səfəri DEYİL

Bu, Ştaynmayerin Azərbaycana ilk səfəri DEYİL

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. O, Bakıda bir sıra görüşlər keçirəcək.

Modern.az xəbər verir ki, bu, onun prezident kimi ilk səfəridir, lakin Ştaynmayer Azərbaycana siyasətçi kimi ilk dəfə gəlmir.

O, Almaniyanın xarici işlər naziri vəzifəsində çalışdığı dövrlərdə dəfələrlə Azərbaycana səfər edib.

Frank-Valter Ştaynmayer iki müxtəlif dövrdə Almaniyanın xarici işlər naziri olaraq fəaliyyət göstərib. İlk dəfə 2005-2009-cu illərdə Angela Merkelin rəhbərlik etdiyi böyük koalisiya hökumətində, ikinci dəfə isə 2013-2017-ci illərdə yenidən Angela Merkelin rəhbərlik etdiyi hökumətdə bu vəzifəni icra edib. Həmçinin 2007-2009-cu illərdə vitse-kansler vəzifəsini də tutub. 

Almaniyanın xarici işlər naziri kimi Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri  19 fevral 2007-ci ildə baş tutub. Bu səfər zamanı iki ölkə arasında enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və Cənubi Qafqazdakı regional məsələlər müzakirə olunub. Ştaynmayerin Bakıdakı görüşləri zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Ştaynmayerin növbəti səfəri 2014-cü ildə olub. Oktyabr ayında baş tutan səfər zamanı əsas diqqət Azərbaycan və Almaniya arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə yönəlib. O, həmçinin Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycan rəsmiləri ilə müzakirələr aparıb. Səfər zamanı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də xüsusi önəm verilib.

Ştaynmayerin xarici işlər naziri kimi Azərbaycana sonuncu səfəri 2016-cı ildə olub. O, həmin vaxt, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri idi. Səfərin əsas məqsədi Qarabağ məsələsinin həlli prosesinə dəstək vermək və tərəflər arasında dialoqu təşviq etmək idi. Həmçinin, enerji sahəsində əməkdaşlıq məsələləri də gündəmdə olub.

Onun budəfəki səfəri qalmaqalla yadda qalıb. Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. 

Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. "Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm", - Almaniya Prezident Administrasiyasının rəhbəri Dövlət katibi Dörte Dinger Prezidentin köməkçisi Hikmət Hacıyevə yazdığı məktubda belə deyib.

Həmçinin, Almaniya dövlət mediası "Deutsche Welle" Qarabağla bağlı erməni narrativlərini təkrarlayan sənədli film yayımlayıb. Azərbaycanın müxtəlif qurumları sənədli filmə etiraz bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri