Prezident təsdiqlədi: Dəyişiklik qüvvəyə mindi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, dəyişikliyə əsasən, aqrar sektorda ƏMTQ öhdəliyi üçün konkret kəmiyyət meyarları müəyyən edilir: Mövcud qanunvericilikdəki qeyri-müəyyən və subyektiv xarakter daşıyan "ixtisaslaşmış" və "irimiqyaslı" terminləri ləğv edilir. Bunun əvəzinə, beynəlxalq təcrübəyə (FAO, Dünya Bankı və Avropa İttifaqı direktivlərinə) əsaslanan aşağıdakı konkret kəmiyyət hədləri tətbiq olunur:
Heyvandarlıq müəssisələri üçün: 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu və digər dırnaqlıların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);
Quşçuluq müəssisələri üçün: 40 000 baş toyuq ekvivalenti (inkubasiya mərhələsi istisna olmaqla; 1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla);
Balıqçılıq (akvakultura) təsərrüfatları üçün: İllik məhsul həcmi 500 ton.
Sənəddə göstərilib ki, aqroparklar yalnız yuxarıda qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş kəmiyyət hədlərinə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ prosesinə cəlb ediləcək.
Həmçinin kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır: Yeni kəmiyyət meyarlarının tətbiqi sayəsində kiçik və orta təsərrüfatlar bahalı və uzun vaxt tələb edən ƏMTQ sənədi hazırlamaq öhdəliyindən azad olunur. Bununla da dövlətin nəzarət resursları daha çox real ekoloji risk yaradan iri sənaye komplekslərinə yönəldiləcək, sahənin investisiya cəlbediciliyi artacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Oktyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















